Mərkəzi Bank BDU tələbələri üçün infosessiya keçirib
Azərbaycan Mərkəzi Bankı Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə tələbələr üçün “Maliyyəçisən” təcrübə proqramı haqqında infosessiya keçirib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə sektorun fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, tələbələrin karyera quruculuğuna yardım etmək, onları əmək bazarına uğurlu adaptasiyaya yönləndirmək üçün müxtəlif qurumlarla səmərəli əməkdaşlıq edilir.
Mərkəzi Bankın İnsan resursları departamentinin Təhsil və inkişaf şöbəsinin mütəxəssisi Nigar İsayeva təcrübə proqramının məqsədinin Azərbaycanın yüksək potensiallı gənclərini bank sektoru ilə yaxından tanış etmək, onların bacarıqlarını inkişaf etdirmək olduğunu vurğulayıb. Mərkəzi bankçılıq sistemi üzrə əvəzsiz təcrübə qazandıracaq bu proqram gənclərə uğurlu karyera qurmağa təkan verəcək. İştirakçılar təcrübə müddətində seçilən istiqamətlər üzrə təyin olunan mentorların dəstəyi ilə ən mühüm bacarıqlara yiyələnəcək, müxtəlif bankdaxili təlimlərə qatılacaqlar. Təqaüd proqramında hədəf qrupunu tələbələr və son iki ilin məzunları təşkil edir.
Tələbələrə proqramın müddəti, mərhələləri, müraciət qaydaları, şəxsi qovluğun hazırlanması yolları ətraflı izah olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.