Paşinyan: Ölkələr Ermənistana silah satmaqdan imtina ediblər
Bir çox ölkələr Ermənistan KTMT-yə üzv olduğuna görə ona silah satmaqdan imtina edib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Dünyada çoxları dedi ki, biz sizə silah satmayacağıq, çünki siz KTMT-nin üzvüsünüz”, - Paşinyan bildirib. Eyni zamanda o, yenidən Rusiya Federasiyasına, o cümlədən Moskva ilə Bakı arasında müdafiə sahəsində əməkdaşlıq məsələsinə dair ittihamlar səsləndirib və Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminin işindən yenidən narazılığını bildirib.
Son vaxtlar Ermənistan hakimiyyəti Rusiya ilə bağlı dəfələrlə tənqidi bəyanatlar verib, İrəvan bəzi inteqrasiya formatlarında görüşləri buraxıb. O cümlədən, ölkənin baş naziri Nikol Paşinyan Minskdə keçirilən KTMT sammitində iştirak etməyib, həmçinin respublikanın bu təşkilatda iştirakını dayandırdığını bəyan edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.