22 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Pakistan Trampın təşəbbüsü ilə "Sülh Şurası"na qoşulacaq

Pakistan Trampın təşəbbüsü ilə "Sülh Şurası"na qoşulacaq

Davosda şam yeməyində ABŞ nazirinə hiylə işlədildi

Davosda şam yeməyində ABŞ nazirinə hiylə işlədildi

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı yeni açıqlama yayıb

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı yeni açıqlama yayıb

Trampın ərazi iddiaları fonunda Fransa Qrenlandiyada NATO təlimlərinə başlayır

Trampın ərazi iddiaları fonunda Fransa Qrenlandiyada NATO təlimlərinə başlayır

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində icra olunur

2 il əvvəl 482 01

Mərkəzi Gömrük Hospitalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində icra olunur

Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə transplantasiya qüsurlu orqanın transplantasiyası və sağlam orqanın dəyişdirilməsidir. Qaraciyər, böyrək və ürək çatışmazlığının müalicəsində transplantasiya son ümid hesab edilir. Transplantasiya bu gün elmtutumlu və dinamik inkaşaf etməkdə olan müasir tibb texnologiyalarından biridir.
Müasir dünyada orqan köçürülməsi tibbin ən böyük nailiyyətlərindən sayılır. Hazırda dünya üzrə nəql olunan orqanlar - böyrək, qaraciyər, ürək, ağ ciyər, mədəaltı vəzi, nazik bağırsaqdır.
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, transplantoloq, t.ü.f.d., səhiyyə əlaçısı Mircəlal Kazımi Azərbaycan Respublikasında ilk dəfə qaraciyər transplantasiyasını icra etmiş, bu günə qədər 1000-dən artıq orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirmişdir. Azərbaycanda icra olunan böyrək transplantasiyası əməliyyatlarının 90%-ni də Dr.Mircəlal Kazımi həyata keçirib.
Son illər böyrək çatışmazlığı dünyada çox geniş yayılıb və bu problemdən əziyyət çəkənlərin sayı artmaqda davam edir. Müalicəsi yalnız orqan transplantasiyası yolu ilə mümkün olan xəstəliklər, bütün dünyada olduğu kimi ölkəmizin də vacib səhiyyə problemlərindən birinə çevrilib. Bu gün minlərlə xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dializ aparatlarına qoşulmaqla, hər gün böyrək köçürülməsi ümidi ilə yaşayır. Eyni zamanda yüzlərlə insan xroniki qaraciyər xəstəliklərindən əziyyət çəkir və çox təəssüf ki, bu xəstələrin böyük bir qismi donor tapmadan həyatını itirir. Donor gözləyən xəstələrin bir qismi də sağalmaq ümidi ilə xarici ölkələrə üz tutub, çarə axtarırlar.
Hazırda Azərbaycanda orqan transplantasiyası ilə bağlı vəziyyət necədir? Xəstələrin bu yolla normal həyata qayıdışı mümkündürmü və bunun üçün ölkə hüdudlarında orqan transplantasiyası əməliyyatlarına götürülən xəstələr hansı fəsadlar yaşayır? Bu və digər suallarla Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, t.ü.f.d., yüksəkixtissalı uzman həkim, öz işinin ustası Dr.Mircəlal Kazımiyə müraciət etdik.

-Doktor, orqan transplantasiyası nə üçün lazımdır və nəyə görə onun bütün dünyada getdikcə aktuallaşması müşahidə olunur?

- Sağlamlıq bəşər övladına bəxş edilən ən böyük nemətdir. İnsan həyatının müqəddəsliyi əsas dəyərlərdən biridir.
Orqan donorluğu həyatları xilas edir, gözlənilən ömür müddətini artırır və orqan transplantasiyası alan insanların həyat keyfiyyətini yaxşılaşdırır.  Orqan donorluğuna razılıq qarşılıqlı yardım və həmrəylik dəyərlərini, bir-birimizə kömək etdiyimizi və bir-birimizə ehtiyacımız olduğunu başa düşməyi ehtiva edir.
Xəstənin zədələnmiş orqanının donordan sağlam və işlək orqanı ilə əvəz edilməsinin tibbi proseduru tibb elminin daimi tərəqqisi sayəsində baş verir.
Orqan transplantasiyası sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün yeganə şansdır.

- Ölkəmizdə orqan transpantasiyasına nə vaxtdan başlanıb və onun indiki vəziyyəti barədə nə deyə bilərsiniz?

-Azərbaycanda ilk dəfə orqan transplantasiyası 1971-1972-ci illərdə akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunan böyrək transplantasiyası əməliyyatı olmuşdur. Bir müddət sonra bu əməliyyatlar dayandırılmışdır. 1990-cı illərdə Azərbaycan müstəqillik əldə etdikdən sonra prof. Kamal Abdullayevin rəhbərliyi ilə xarici mütəxəssislərin köməyi ilə 20-yə yaxın böyrək transplantasiyası həyata keçirilmişdir və bununla ölkəmiz Orta Asiyada və Qafqazda orqan transplantasiyası intibah dövrünü yaşamağa başladı. İlk dəfə olaraq Azərbaycan Respublikasında mənim rəhbərliyim altında canlıdan-canlıya qaraciyər transplantasiyası əməliyyatı həyata keçirildi. Yəni, Azərbaycanda mən ilk qaraciyər transplantasiyası əməliyyatını icra etdim. 2010-cu ildən etibarən peşəkar komandamız yarandı və azərbaycanlı həkimlərdən ibarət qrup formalaşdı, qrupa Türkiyədə, İngiltərədə,Yaponiyada təhsil almış mütəxəssislər qoşuldu. Nəticə etibarilə sırf azərbaycanlı kadrlardan ibarət olan qrup yaradıldı və aktiv surətdə orqan transplantasiyası əməliyyatlarını icra etməyə başladıq.
Hal-hazırda bizim ölkəmizdə canlı transplantasiya proqramı işləndiyi üçün yalnız canlı qohum donorlardan alınan qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra edilir. 2008-ci ildən sonra isə mən deyərdim ki, Azərbaycanda orqan transplantasiyası dövrü yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu, məhz  azərbaycanlı həkimlərin komandaya qoşulması sayəsində baş verdi. Bizim sayəmizdə bu işlər görülməyə başladı. İlk əvvəl orqan transplantasiyası bir neçə səbəbdən qəribə gəlirdi. Birincisi, həkimlərimiz orqan köçürülməsi əməliyyatlarına şübhə ilə yanaşırdılar. Eləcə də, xəstələr əsasən bu məqsədlə xarici ölkələrə gedirdilər, ölkədə həkimlərə, orqan köçürülməsinə inam yox idi.
Azərbaycanda biz ilk dəfə bu əməliyyatlara başlayandan sonra xəstələrin bizə inamı artdı. Onlar hətta donorlar da tapıb gətirir və sağlamlıqlarını bizə etibar edirdilər.  Mən qürur duyuram ki, indi Azərbaycanın tibb tarixində bizə müraciət edən və inanan xəstələr vardır. Bu, şəxsən mənim üçün böyük uğurdur ki, mən Azərbaycan tibb tarixində ilk dəfə qaraciyərin köçürülməsini müvəffəqiyyətlə icra etdim və biz ilk dəfə Azərbaycan  həkiminə böyük inamın yaranmasını əldə etdik. Xəstələr artıq transplantasiya əməliyyatı üçün xarici ölkələrə üz tutmurlar. Bu da bizim özümüz və dövlətimiz üçün böyük bir prestij yaradır. Mən hər zaman fəxr edirəm ki, dövlətimizin bizə ayırdığı maddi dəstək hesabına təhsilimizi davam edib vətənimizə qayıtdıq və işimizi həyata keçirməyə başladıq.

-Bu günə qədər neçə orqan transplantasiyası əməliyyatı icra etmisiniz? Onların hamısı uğurlu olubmu?

Bu günə qədər 1000-dən artıq orqan transplantasiyası əməliyyatı icra etmişik. Təbii ki, mən təkcə orqan transplantasiyası ilə məşğul deyiləm. Mən həm də ümumi cərraham, ona görə də, ən mürəkkəb sayılan qaraciyər, böyrək, mədəaltı vəzi, öd yolları üzərində aparılan ümumi cərrahi əməliyyatları Mərkəzi Gömrük Hospitalında uğurla icra edirik. Bunun üçün zəruri olan həm insan resursu, həm texniki imkanlar mövcuddur, hər işdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyini görürük. Əməliyyatların uğurla başa çatması üçün reanimasiya və digər yardımçı xidmətlərin peşəkar işini qeyd etmək istəyirəm. Bizim hospitalda icra olunan ən mürəkkəb cərrahi əməliyyatlar peşəkarlardan ibarət komandanın birgə işidir.
Bizə müraciət edən xəstələr arasında ağır vəziyyətdə və gecikmiş fazada xəstəxanaya çatdırılan xəstələr olur. Orqan transplantasiyası əməliyyatı adi bir cərrahi əməliyyat qrupuna aid deyil, o, xəstənin ailəsi və həkimlər tərəfindən xəstəyə yaşamaq üçün verilən bir şansdır. Təsəvvür edin, əməliyyat edirəm, qaraciyəri sirroza uğramış xəstənin hər hansı orqanı tamamilə yerindən sökülüb çıxarılır, onu başqa orqanla əvəz edirik və  ya xəstəyə yeni böyrək köçürülür. Xəstə yeni dərmanlar alır, bə dərmanlarla xəstənin bütün orqanizmi dəyişir. Bizim əməliyyat etdiyimiz xəstələr arasında məsələn, qaraciyər transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 85%, 3 il həyatda qalma faizi 72-76, 5 il həyatda qalması isə 65%-dir. Bu çox ciddi rəqəmdir. Böyrək transplantasiyası əməliyyatı icra edilmiş xəstələrin 1 il həyatda qalması 95-98%, yəni əməliyyat olunmuş 100 xəstədən 98-i həyatda qalır, həyatını normal orqanla davam etdirir, 2 il həyatda qalması 88-90%, 5 il həyatda qalması 75-78%-dir. Bu, artıq ciddi bir rəqəmdir və  bütün dünyada qəbul olunub. Qaraciyər transplantasiyası proqramımız Avropa qaraciyər transplantasiyası reyestri tərəfindən tanınıb və biz ora üzv qəbul olunmuşuq. Böyrək transplantasiyası əməliyyatlarımız Amerika böyrək transplantasiyası Assosiasiyasının nəticələri ilə uyğundur və biz bununla fəxr edirik.

-Mircəlal həkim, ciddi və riskli  sahədə işləyirsiniz. Nəticələriniz barəsində nə deyə bilərsiniz?

-Lazımi və zamanında müayinələrə getmək çox vacibdir. Profilaktik müalicələri almayan xəstələr əməliyyat üçün son anda, tükənmiş vəziyyətdə gəlirlər. Təbii ki, bu bilavasitə əməliyyat nəticəsinə təsir edir. Lakin buna baxmayaraq istər böyrək, istərsə də qaraciyər transplantasiyası nəticələrimiz dünya mərkəzlərinin nəticəsi kimidir. Məhz buna görə də European Liver Transplant Registry Mərkəzinə qəbul olunmuşuq.
Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərdiyim illər ərzində bir çox ilklərə imza atmışıq. Qazandığımız nailiyyətlər arasında bəzilərinin adlarını çəkmək istərdim. İlk dəfə olaraq 7 aylıq (6 kq) körpəyə qaraciyər transplantasiyası, eyni seansda bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, bir xəstəyə qaraciyərin iki payı transplantasiyasını, bir xəstəyə eyni seansda açıq ürək və qaraciyər transplantasiyası, bir xəstəyə eyni seansda açıq ürək və böyrək transplantasiyası, çarpaz qaraciyər və böyrək transplantasiyası əməliyyatları məhz bizim tərəfimizdən icra olunub.

-Orqan transplantasiyası əməliyyatından sonra xəstələrdə müxtəlif fəsadlar yarana bilərmi?

-Ümumilikdə, orqan transplantasiyası əməliyyatlarında fəsadların olması ehtimalı 20% civarındadır. 100 əməliyyat olunmuş xəstənin 20-sində fəsadlar ola bilər. Bu, xəstənin yaşı, xəstəliyinin müddəti, dərmanların təsirinə reaksiyası, başqa xəstəliklərinin olması və s. ilə əlaqədardır.

-Həyata qaytardığınız xəstələr yeni köçürülmüş orqanla normal həyat sürə bilirlərmi? Bu yeni orqanla yaşamaq hansı müddətə hesablanır?

Buna mane olan səbəblər varmı və bunları necə aradan qaldırmaq olar?

-Bilirsiniz, orqan köçürülməsi əməliyyatından sonra hər şey öz qaydası ilə getdiyi halda xəstələr normal həyatlarına qayıdırlar. Normal cəmiyyətə, ailələrinə, sosial işlərinə, əmək və əqli fəaliyyətlərinə davam edirlər. Bu xəstələr arasında müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar var. Hətta idmançılarımız var ki, onlar əməliyyatdan sonra idmana qayıda biliblər. Xəstələrimizdən 11 nəfəri  əməliyyatdan sonra dünyaya övlad gətiriblər. Transplantasiya olunmuş xəstələr sadəcə unutmamalıdırlar ki, onlara qohumları tərəfindən orqanlar bəxşiş edilib və o əmanəti mütəmadi müayinələrdən keçməklə və dərmal preparatlarını qəbul etməklə, sağlam həyat tərzi aparmaqla həmin orqanı qoruyub saxlamalıdırlar.

-Orqan transplantasiyası üçün donorlar necə axtarılır və xəstə onu hansı müddət ərzində gözləməli olur? Təcili donor lazım olduqda onları necə tapırsınız?

-Bu tək bizi yox, bütün dünyanı maraqlandıran aktual məsələdir. Çünki xəstələrin sayı getdikcə artır, donorların sayı isə xəstələrin sayı ilə tərs mütənasibdir.  Hal hazırda yalnız qohum olan canlı donorlardan orqan transplantasiyalarını edirik və düşünürəm ki, yaxın gələcəkdə qanunverilicilkdə orqan transplantasiyası ilə bağlı baş  verən dəyişikliklər donorların sayının artmasına imkan verəcək.  Hazırda Milli Məclis tərəfindən qanun layihəsi işlənilir, orqan transplantasiyası haqqında qanuna dəyişikliklər olacaq.
Bütün orqan çatışmazlığından yetərli qədər əziyyət çəkən xəstə var. Təəssüf ki, biz hal-hazırda yalnız canlı donorlu orqan transplantasiyası etdiyimizdən, qaraciyər və böyrək transplantasiyası ilə kifayətlənirik. Bizim də digər dövlətlərdəki kimi meyit orqanının istifadəsinə ehtiyacımız var. Bu məsələ də öz həlli yoluna düşsə, canlı donor şansı olmayan xəstələr də bundan faydalanıb sağlamlıqlarına qovuşacaqlar. Düşünürəm ki, meyit orqanlarından istifadə edəcəyimiz günlər yaxındadır. Mən buna şəxsən inanıram, çünki cənab prezident Ilham Əliyev tərəfindən yenilənmiş qanun qüvvəyə minib və bu iş üzrə fəaliyyət planı var. Nəticəsi tezliklə olacaq.

-Hər kəsə məlumdur ki, orqan transplantasiyası əməliyyatının icrası bütün dünyada çox bahalı prosedurdur. Müxtəlif ölkələrdə qiymətlər fərqlidir. Əhalinin hər təbəqəsindən olan vətəndaşlarımızın bu əməliyyata imkanı yoxdur. Bu barədə nə deyə bilərsiz?

-Çox şükürlər olsun ki, son vaxtlar əhalinin bu əməliyyatlara əlçatanlığını təmin etmək üçün Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə qaraciyər və böyrək transplantasiyası əməliyyatları da daxil edilib. Hazırda Hospitalımızın Сərrahiyyə və orqan transplantasiyası şöbəsinin yüksəkixtisaslı cərrah-transplantoloqlar komandası tərəfindən 2023-cü ilin avqust ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində qaraciyər və böyrək transplantasiyası əməliyyatları müvəffəqiyyətlə icra olunur.

-Doktor, maraqlı müsahibəyə görə təşəkkür edirik.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

“Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası müzakirə olundu

John Doe 6 gün əvvəl

Kitabxanada akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu +FOTO=8

Kitabxanada akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olundu +FOTO=8

John Doe 1 həftə əvvəl

100 yaşlı ananın yubiley tədbiri

100 yaşlı ananın yubiley tədbiri

John Doe 2 həftə əvvəl

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

John Doe 3 həftə əvvəl

Kitabxananın Yeni ilə həsr olunmuş tədbiri +FOTO=7

Kitabxananın Yeni ilə həsr olunmuş tədbiri +FOTO=7

John Doe 3 həftə əvvəl

Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”

Masallıda tədbir: “Vətənin bütövlüyü – sözün qüdrəti”

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com