ADPU-da yazıçı Varisin “Qırmızı ləçəklər” romanı müzakirə olunub
Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondunun (AzGF) dəstəyi, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyi (BQGT İB) və Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə ADPU-da məşhur yazıçı Varis Yolçiyevlə tələbələrin görüşü keçirilib. Görüşdə yazıçının Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çap olunan “Qırmızı ləçəklər” romanı müzakirə olunub.
Görüş zamanı Varis Yolçiyev müəllifi olduğu kitablarla bağlı tələbələrə məlumat verib, öz uğur hekayəsini onlarla bölüşüb. Daha sonra, müəllif Milli Qəhrəman Əlif Hacıyevin həyat və döyüş yoluna həsr erdiyi “Qırmızı ləçəklər” romanının sujet xəttindən, əsəri yazarkən keçirtdiyi hisslərdən bəhs edib.
Tələbələri maraqlandıran sualları cavablandıran müəllif sonda imzalı kitablarını onlara hədiyyə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.