Türkiyə səfiri: "15 iyulda Azərbaycan ilk andan Türkiyənin yanındadır"
15 iyul 2016-cı ildə Türkiyə dövlətinin ən vacib qurumlarına nüfuz etmiş hiyləgər bir şəbəkə konstitusiya quruluşunu devirməyə və ölkəni xaosa salmağa cəhd göstərib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə bildirib.
Səfir bildirib ki, FETÖ təkcə təbliğatla deyil, həm də gizli planlar, aldatma və casusluqla fəaliyyət göstərən təhlükəli bir terror təşkilatıdır.
Diplomat vurğulayıb ki, "Unutmamalıyıq ki, bu strukturun yeganə hədəfi Türkiyə deyil".
Birol Akgün qeyd edib ki, 15 iyul Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında demokratiya, milli iradə və müstəqilliyə sadiq xalq üçün şanlı bir qələbə olub.
Tədbirdə səfir həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə 15 iyul 2016-cı ildə Türkiyədə baş verən çevriliş cəhdinin qarşısının alınmasında göstərdiyi qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib.
Birol Akgün qeyd edib ki, Türkiyə lap əvvəldən çevriliş cəhdini qətiyyətlə pisləyən və Türkiyəni dəstəkləyən qardaş Azərbaycan xalqına və dövlətinə minnətdardır.
Səfir bildirib ki, "O qaranlıq gecədə və sonradan qurumlar arasında ən yüksək səviyyədə əməkdaşlıqda öz mövqelərini nümayiş etdirərək "Bir Millət, İki Dövlət" şüarını bir daha təsdiqləyən bütün Azərbaycan rəsmilərinə minnətdarlığımızı bildiririk".











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.