Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə dezinformasiyaya qarşı mübarizəni müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti və baş redaktoru Yusuf Özhan ilə görüşüb.
Qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Hikmət Hacıyev media sektorunda Azərbaycan-Türkiyə əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayıb və gələcək əməkdaşlığın müxtəlif sahələrini müzakirə edib.
Tərəflər Azərbaycan və Türkiyənin dezinformasiyaya qarşı birgə mübarizəsi, mediada süni intellekt texnologiyalarından istifadə, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsi və birgə media layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.