İsrail ABŞ səfirliyinin daimi binası üçün torpaq sahəsi ayırıb
İsrail ABŞ səfirliyinin daimi binasının tikintisi üçün Qüdsdə torpaq sahəsi ayırıb.
Bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.
O bildirib ki, müvafiq müqavilə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə imzalanıb.
Saar bildirib ki, "ABŞ Prezidentinin səfirliyi Qüdsə köçürmək qərarı tarixin ən vacib diplomatik qərarlarından biridir və tarixi ədaləti təcəssüm etdirir. Bundan sonra bir çox ölkə eyni yolu izləyib və izləməkdə davam edir".
Xatırladaq ki, ABŞ səfirliyi rəsmi olaraq 14 may 2018-ci ildə Təl-Əvivdən Qüdsə köçürülüb. Bu qərar Donald Tramp administrasiyası tərəfindən onun birinci müddətində qəbul edilib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.