Azərbaycan itkin düşmüş şəxslərin genetik identifikasiyası ilə bağlı Ukraynaya kömək etməyə hazırdır
Azərbaycan itkin düşmüş şəxslərin axtarışı üçün genetik tədqiqatların aparılmasında Ukraynaya metodoloji yardım göstərə bilər.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş Hərbi Tibb İdarəsinin rəisi general-mayor Rüfət Əliyev "İtkin düşmüş şəxslər məsələsinin həllinə müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Ukrayna Səhiyyə Nazirliyi Azərbaycana müvafiq sorğu göndərib.
O qeyd edib ki, "Səhiyyə Nazirliyinin sorğusuna cavab olaraq, genetik tədqiqatların aparılmasında və mütəxəssislər üçün təlimlərin təşkilində metodoloji yardım göstərilməsinin mümkünlüyünü elan etdik".
R.Əliyev bildirib ki, DTX-nin Genetik Tədqiqatlar Mərkəzinin laboratoriyasının müasir avadanlıqları, ixtisaslı mütəxəssisləri və toplanmış təcrübəsi itkin düşmüş şəxslərin axtarışında beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradır.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.