Xameneyi İran və ABŞ arasında əldə edilən razılaşmanı dəstəkləyib
İranın Ali Lideri Müctəba Xamenei ABŞ ilə imzalanmış memorandumla bağlı xalqa müraciət edib.
"Şəxsən mən fərqli fikirdə idim, amma hörmətli Prezidentin (Məsud Pezeşkyan – red.) Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri kimi öz adından və İran xalqının hüquqlarının müdafiəsi şurasının digər üzvləri və müqavimət cəbhəsi adından mənə verdiyi zəmanətləri, eləcə də bunun üçün məsuliyyət daşımağa hazır olduğunu nəzərə alaraq, razılığımı verdim", - deyə o, sosial media saytındakı X səhifəsində yazıb.
Xamenei həmçinin qeyd edib ki, İran və ABŞ prezidentləri arasında razılaşma artıq imzalanıb:
"Məsul şəxslər bu mərhələyə çatmaq üçün böyük səylər göstəriblər və təbii ki, buna nail olmaq üçün müxtəlif təzyiq vasitələrindən istifadə edən ABŞ prezidenti Donald Tramp olub."
Müraciətdə həmçinin qeyd olunub ki, Amerika tərəfi həddindən artıq tələblər irəli sürməyə çalışarsa, Pezeşkyan güzəştə getməyəcək: "Bu kontekstdə yuxarıda qeyd olunan şərtlərin yerinə yetirilməsini gözləyəcəyik."











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.