Hindistan ABŞ-yə rəsmi etirazını bildirib
Hindistan hökumətindəki mənbə jurnalistlərə bildirib ki, Hindistan Xarici İşlər Nazirliyi ABŞ-nin Yeni Dehlidəki müvəqqəti işlər vəkili Ceyson Miki Oman sahillərində ticarət gəmilərinə edilən hücumlarla bağlı rəsmi etiraz bildirmək üçün çağırıb.
Hindistan Xarici İşlər Nazirliyinə çağırışa 20 hindistanlı heyət üzvünü daşıyan gəmiyə edilən daha bir hücum səbəb olub. Mənbə qeyd edib ki, bu, ABŞ diplomatının bu məsələ ilə bağlı Hindistan Xarici İşlər Nazirliyinə çağırılmasının ikinci dəfədir.
Hindistan tərəfinin məlumatına görə, son bir neçə gündə Hindistan vətəndaşlarını daşıyan üç gəmiyə hücum edilib. Hücumlardan birində dənizçilər həlak olub.
Yeni Dehli Yaxın Şərqdə ticarət gəmilərinə və mülki infrastruktura edilən hücumlara son qoyulmasını və beynəlxalq marşrutlar vasitəsilə sərbəst naviqasiyanın bərpa olunmasını tələb edib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.