Gürcüstanda kriptovalyutanın yuyulması ilə bağlı Rusiya vətəndaşı həbs edilib
Gürcüstan Xarici İşlər Nazirliyi İsveçrənin Gürcüstandakı səfirliyindəki Rusiya Maraqları Bölməsinə kriptovalyuta yuyulması ilə bağlı saxlanılanlardan birinin Rusiya vətəndaşı olduğunu bildirib.
Bu barədə TASS-a Rusiya Maraqları Bölməsindən məlumat verilib.
Cümə axşamı günü Gürcüstan Prokurorluğu ABŞ və Polşa ilə birlikdə genişmiqyaslı kriptovalyuta yuyulması sxemini aşkarladığını və iki əcnəbini saxladığını açıqlayıb.
Vesti.az-ın TASS-a istinadən verdiyi məlumata görə, AudiA6 təxəllüsü altında cinayətkar qrup qanunsuz yolla onlayn əldə edilən kriptovalyutanın yuyulmasına kömək edib. 2022-2025-ci illər arasında qrupun üzvləri bir neçə yüz milyon ABŞ dolları dəyərində kriptovalyutanı yuyublar.
Diplomatik nümayəndəlik bildirib ki, "Maraqlar Bölməsi Gürcüstan Xarici İşlər Nazirliyindən 11 iyun 2026-cı il tarixli nota alıb və orada ABŞ və Polşa hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Rusiya vətəndaşının beynəlxalq xüsusi əməliyyatı nəticəsində 10 iyun 2026-cı ildə həbs olunduğu bildirilib".
Rusiya Maraqlar Bölməsi qeyd edib ki, "xarici nümayəndəlik şübhəli şəxsə konsulluq səfərinin təşkilində kömək istəyərək Gürcüstan Xarici İşlər Nazirliyinə cavab notası göndərib".










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.