Əraqçi hücum zamanı Xameneinin ofisində olduğunu bildirib
İranın xarici işlər naziri Abbas Əraqçi binaya zərbə endirilərkən keçmiş Ali Lider Əli Xameneinin ofisində olduğunu bildirib.
İranın xarici işlər naziri bu açıqlamanı "Əl Mayadeen" televiziyasına verdiyi müsahibədə verib.
Əraqçinin sözlərinə görə, o, həmin gün səhər saat 9:00-da Cenevrədə keçirilən danışıqlar barədə hesabat təqdim etmək üçün gəlib.
"Dağıntılardan çıxarkən düşündüyüm tək şey ona hücum edilib-edilməməsi idi. Liderin ölüm xəbəri yayılana qədər müharibənin ilk iki günündə onun taleyi ilə bağlı son dərəcə narahat idim", - deyə nazir bildirib.
Əraqçi Əli Xameneinin ölümünün İran tarixində dönüş nöqtəsi olduğunu və onun fikrincə, dünyaya İran dövlətçiliyinin möhkəmliyini nümayiş etdirdiyini vurğulayıb.
O, həmçinin Müctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsini qeyd edərək, İslam Respublikasının siyasi sisteminin olduqca güclü olduğunu və fərdi şəxsiyyətlərdən asılı olmadığını qeyd edib.
Xatırladaq ki, Əli Xamenei 28 fevralda ABŞ-İsrail qüvvələrinin Tehrana birgə hücumu nəticəsində öldürülüb. Onun oğlu Müctəba Xamenei sonradan İranın yeni Ali Lideri seçilib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.