Küveyt iki iranlı diplomatı persona non grata elan edib
Küveyt hakimiyyəti iki İran diplomatını persona non-qrata elan edib və onlara 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.
Əmirliyin Xarici İşlər Nazirliyi bu barədə açıqlama verib.
Bu qərar Küveyt və İran arasında münasibətlərin ölkəyə son raket və pilotsuz təyyarə hücumundan sonra kəskin şəkildə pisləşməsi fonunda qəbul edilib. İran əvvəllər ABŞ-nin İran hədəflərinə endirdiyi zərbələrə görə Küveyt və Bəhreyni günahlandırıb, ərazilərinin və infrastrukturunun İslam Respublikasına qarşı hərbi planların həyata keçirilməsi üçün istifadə edildiyini iddia edib.
Xatırladaq ki, iyunun 3-də Küveyt Beynəlxalq Hava Limanına İran raketləri və dronları hücum edib. Zərbə nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb və aeroport infrastrukturuna ziyan dəyib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.