Türkiyə sahillərində Qara dənizdə üç tankerə dronlar hücum edib
Türkiyənin şimal sahillərində, Qara dənizdə üç tankerə dron hücumları qeydə alınıb.
Bu barədə Tribeca gəmiçilik agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, hadisə baş verən zaman Palau bayrağı altında üzən James II tankeri Qara dənizin Türkeli ərazisindən təxminən 80 kilometr şimalda olub.
Həmçinin, Sierra Leone bayrağı altında üzən Altura və Velora tankerlərinin gəmilər arasında yük daşıyarkən yaxınlıqdakı ərazidə hücuma məruz qaldığı bildirilib.
Tribeca-nın məlumatına görə, xilasetmə qayıqları hadisə yerinə göndərilib. Tankerlərdəki bütün heyət üzvlərinin vəziyyəti yaxşıdır.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.