"Real Madrid" məşqdə davaya görə iki oyunçusunu cərimələdi
"Real Madrid" komanda məşqi zamanı yaranan mübahisəyə görə yarımmüdafiəçilər Federiko Valverde və Aurelien Çouameni cəzalandırıb.
Hər iki oyunçuya 500.000 avro cərimə tətbiq edilib.
Klubun açıqlamasında qeyd olunub ki, oyunçular daxili intizam müstəntiqinin qarşısına çıxıb, hadisəyə görə peşman olduqlarını bildiriblər və bir-birlərindən, eləcə də klubdan, məşqçilər heyətindən, komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyiblər.
Vəziyyəti araşdırdıqdan sonra "Real Madrid" rəhbərliyi cəzanı maliyyə cəzaları ilə məhdudlaşdırmaq və daxili araşdırmanı başa çatdırmaq qərarına gəlib.
7 may tarixində Valverde və Çouameni arasında məşq zamanı şifahi mübahisənin baş verdiyi və daha sonra soyunma otağında davaya çevrildiyi bildirilib. Hadisə nəticəsində uruqvaylı yarımmüdafiəçi başından kəsik alıb və xəstəxanaya aparılıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.