22 iyun 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Deputat "Media savadlılığı haqqında" qanunun qəbul edilməsini təklif etdi

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Bakıda İƏT Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Britaniya səfiri: "Bakı ilə müdafiə münasibətləri indiyə qədər ən güclü mərhələdədir"

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Меморандум о взаимопонимании и сотрудничестве подписан между партией «Новый Азербайджан» и партией «Белая Русь»

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Azov dənizində gəmilərə hücum nəticəsində həlak olanların cəsədləri Bakıya gətirilib

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Apelyasiya Məhkəməsi Ermənistan vətəndaşlarının ərizələrinə baxıb

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycandan qanunsuz immiqrantlar Avropaya girməyə cəhd ediblər

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Azərbaycanda silahlı cinayətkar zərərsizləşdirilib

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan yeni ASFAR reaktiv dronunu sınaqdan keçirib

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Serbiya hərbi və hərbi-texniki əməkdaşlığın inkişafını müzakirə ediblər

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

Ağcabədidə Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

“Müstəqillikdən Zəfərə” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Sənsizliyin qırxıncı günü

1 ay əvvəl 602 01

Sənsizliyin qırxıncı günü

Ağırlaşan zamanın sükutu
(Jurnalist-publisist Həsənağa Əliyevin xatirəsinə)

Sənin vəfatından qırx gün keçir. Deyirlər, zaman hər yaranın üstünə məlhəm çəkir. Amma elə itkilər var ki, zaman keçdikcə də sağalmır, əksinə, daha dərinə işləyir. Sənin yoxluğun da belədir, hər gün bir az da böyüyür, bir az da içimizə çöküb, varlığımızı titrədir.
Həmişə deyərdin: “Akif, qadası, hər şeyə dərindən fikir vermə, vecinə alma. Bu dünya belə gəlib, belə də gedəcək...”
İndi o sözlərin səsində gizlənən müdrikliyi daha aydın anlayıram. Doğrudur, hamı dünyadan, zamandan gileylənir. Amma zamanın dəyişməsindən daha çox, insanların bir-birinə soyuması, biganələşməsi ağırdır. Son vaxtlar laqeydliyin, duyğusuzluğun artmasından gileylənirdin. Haqlı idin. Çünki sən insanı sevən, insanın dərdini öz dərdi bilən qəlb sahibi idin.
Sən bu dünyadan sadəcə gəlib keçənlərdən olmadın. Sözünlə, əməlinlə, ən çox da insanlığınla iz qoydun. 76 illik ömrün təqvim səhifələrinin sadə hesabı deyildi. Bu, mənası ilə dolu, zəngin, ağır və eyni zamanda işıqlı bir həyat yolu idi. Yarım əsrdən artıq bir zamanı jurnalistikaya həsr edərək qələmin məsuliyyətini çiyinlərində daşıdın. Söz sənin üçün sadəcə peşə deyildi, vicdan idi, mövqe idi, həqiqətə sədaqət idi. Bölgə publisistikasında yaratdığın məktəb, qoyduğun iz bu gün də yaşayır və sabah da yaşayacaq.
Qəzetdən ötrü çox narahat idin. “Yeni həyat”ı öz həyatının ayrılmaz bir parçası sanırdın, balaların qədər sevirdin. Hər nömrəsinə məsuliyyətlə, həssaslıqla yanaşardın. Deyərdin ki, bizdən keçən səhv redaktorun nəzərindən qaça bilir. Odur ki, yazıları diqqətlə oxu.
İctimai həyatda fəallığın, prinsipiallığın, haqsızlıq qarşısında susmayan mövqeyin səni fərqləndirirdi. Sən jurnalist adını sadəcə daşıyanlardan deyil, onu ucaldanlardan idin. Bu peşənin nüfuzunu qorumağı özünə borc sayırdın və bu borcu axır nəfəsinədək ləyaqətlə yerinə yetirdin.
Son aylar sənin yorğun çiyinlərinə ağırlıq çökdü. Amma sən yenə də səssiz, təmkinli, özünəməxsus bir mətanətlə bu yükü daşıdın. Şikayət etmədən, sınmadan, sarsılmadan.
Soyuq payızın sükutunda başlayan ömrün baharın ən gözəl çağında, martın 20-də tamamlandı. Sanki taleyin ziddiyyətlərin harmoniyasını yaşadı: payızın hüznü baharın ümidinə qarışdı…
Deyirlər, yer üzündə ən çətin peşə insan olmaqdır. Sən bunun öhdəsindən şərəflə gəldin. Həm həyatında, həm də yazılarında insanlığı uca tutdun. Hər sətirində məsuliyyət, hər fikrində dərinlik vardı. Yazdıqların sadəcə mətn deyildi, bir dövrün yaddaşı, bir vicdanın səsi idi.
Sən həmkarların üçün örnək, gənclər üçün yol göstərən bir müəllim idin. Sözün istiqamətini göstərən bir mayak kimi işıq saçırdın. Təmkinin, sadəliyin və səmimiyyətinlə yadda qaldın. Söhbətlərində müdriklik, zarafatlarında həyat sevgisi vardı. Dünyasını dəyişmiş həmkarların haqqında xatirələrini danışanda sanki zaman dayanırdı. Onları unutmamaqla unudulmazlıq haqqı qazandın.
İndi sənin adın çəkiləndə hər kəs kövrəlir. Amma şirin zarafatların xatırlandıqca çöhrələrdə təbəssüm yaranır. Çünki sən kədəri belə işıqla əritməyi bacarırdın. Açıq ürəyin, insana verdiyin dəyər səni daha da ucaldırdı.
Mətbuatın dünənindən fəxrlə danışardın, bu günündən isə nigaran qalardın. Sözün çəkisinin azaldığını, məsuliyyətin kölgəyə çəkildiyini görüb narahat olardın. Qanınla, canınla mətbuata bağlı,Vətənə, dövlətə sədaqətli jurnalist kimi bu müqəddəs ada ləkə gətirən qeyri-peşəkar və reket jurnalistikasına qarşı son dərəcə barışmaz mövqedə idin. Amma yenə də ümidini itirməzdin. Çünki inanırdın ki, sözün həqiqi sahibləri heç vaxt tükənməz.
Bizim üçün sən təkcə ustad və həmkar deyildin. Sən dost idin, çətin gündə yanında olan, sevinci bölüşən, kövrəkliyini gizlətməyən bir insan idin. Heç kəsə ziyan vurmadın, heç bir qəlbi qırmadın. Deyirdin: “O qədər haqsızlıq görmüşəm ki... Amma yenə də bağışlamağı seçmişəm.” Bu, sənin ən böyük gücün idi.
Həsənağa Əliyev və Rəsul Rzayev... Şöhrətin cazibəsinə, quru ad-san və təltiflərin parıltısına əsla aldanmadınız. Halbuki taleyin ədaləti ilə desək, ən yüksək mükafatlar məhz sizin kimi sözün məsuliyyətini dərk edən, qələminə sədaqətlə bağlı qalan insanlara yaraşırdı.
Siz Masallı mətbuatının nəhəngləri kimi yalnız xəbəri çatdıran deyil, həm də zamanın yaddaşını yaradan, sözlə tarix yazan aparıcı qüvvə idiniz. Sətirlərinizdə bir rayonun nəfəsi, insanlarının taleyi, illərin izi yaşayırdı. 94 yaşlı “Yeni həyat” qəzeti vasitəsilə Masallının salnaməsini yaratmaqda xidmətiniz həqiqətən əvəzsizdir.
Bütün çətinliklərə, zamanın sərt sınaqlarına baxmayaraq, ömrünüzü bu müqəddəs işə həsr etdiniz. Sizin qələm iziniz təkcə kağız üzərində deyil, bütöv bir nəslin yaddaşında, Masallının tarixində əbədi yaşayacaq.
Keçdiyin çətin həyat yolunu xatırladıqca, daxilindəki incə həssaslıq daha aydın üzə çıxırdı. Uşaqlıq illərin yaddaşında silinməz izlər buraxmışdı. Valideynlərindən söz düşəndə, səni əziyyətlə boya-başa çatdıran ananı xatırlayarkən gözlərin dolardı. Altı yaşında atanı itirmişdin. Həyat səni ağır sınaqlardan keçirsə də, qəlbini sərtləşdirə bilməmişdi.
On iki ildən artıq bir kollektivdə çiyin-çiyinə çalışdıq. Ömrün ahıl çağında belə eyni əzmlə fəaliyyət göstərir, zəngin təcrübəni bizimlə bölüşürdün. Neçə-neçə insanın əlindən tutub ona dayaq olduğun bu gün minnətdarlıqla xatırlanır. Həmkarlarının yaradıcılığına hörmətlə yanaşar, uğurlarına sevənər, bununla fəxr edərdin. Deyərdin: “Ay Akif, mən artıq qocalmışam, bu gün-sabahlığam. Aydına, Mühacirə, Allahbaxışa, Rəsula, onlarca dostuma, həmkarıma vəfa etməyən ömür mənəmi edəcək? Ümidimiz siz gənclərədir...
Rəsul müəllimin vəfatı səni dərindən sarsıtmışdı. “Qırx illik qələm dostum, otaq yoldaşım məni yarıyolda qoydu...” - deyirdin.
İndi isə sən özün bizi yarıyolda qoyub getdin, ustad. Səssizcə, təmkinlə... Amma bu gediş də sənin ömrün kimi ləyaqətli oldu.
Sənin ömür yoluna baxanlar ona həsədlə, heyranlıqla baxacaqlar. Çünki bu yol sadəcə yaşanmadı, şərəflə, iz qoyaraq yaşandı.
Aramızda yoxsan, amma sözün yaşayır, xatirən yaşayır. Səni tanıyanların qəlbində qoyduğun izlər yaşayır.
İstedadını, sözün qüdrətini yaradıcılığında sübuta yetirən ağsaqqal yazar, sən həm özünü, həm də imzanı layiqincə tanıtdın.
Heç vaxt unudulmayacaqsan, ustad!
Mərhum həmkarımız, şair-publisist Rəsul Rzayevin təbirincə desək:

Günlər durna qatarıdır,
Uçur hayandan, hayana.
İllər geri dönə bilmir,
Ömür uzaqdan boylanır.

Durna səfi lələk salır,
Bahar saça çiçək salır,
Biz gedirik, əməl qalır,
Nura boyana-boyana.

Baharın işıq nəfəsi,
Hər kəsin ömür nəğməsi,
Ürəklərin xatirəsi
Bir gün oyanar... oyanar.

Akif AĞAYEV

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

22 İYUN -XATİRƏ VƏ KƏDƏR GÜNÜDÜR

22 İYUN -XATİRƏ VƏ KƏDƏR GÜNÜDÜR

John Doe 8 saat əvvəl

Məmməd Əvəzoğlu: Qalmışıq

Məmməd Əvəzoğlu: Qalmışıq

John Doe 6 gün əvvəl

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

Məmməd Əvəzoğlu: 20 ilin məzunlarına

John Doe 1 həftə əvvəl

Allahverdi Bağırovun şəhid olduğu gündür

Allahverdi Bağırovun şəhid olduğu gündür

John Doe 1 həftə əvvəl

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

John Doe 3 həftə əvvəl

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

XATİRƏ ƏZİZ Rəhimli: Rəsul Rza zirvəsi...

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

İlham Əliyevin iştirakı ilə Bakıda İslam...

18 iyun 2026 15:57:58
• Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfransının rəhbəri ilə Azərbaycanın ətraf mühit təşəbbüslərini müzakirə edib}

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konfran...

16 iyun 2026 15:39:54
• Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür}

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

15 iyun 2026 15:26:12
• Prezident Azərbaycan millisini təbrik etdi}

Prezident Azərbaycan millisini təbrik etdi

7 iyun 2026 14:37:00
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com