Dartanyanın nəslindən DNT testi götürülüb
Ədəbi qəhrəman Dartanyana ilham verən kral muşketyorlarının kapitanının nəslindən olan hersoq Emeri de Monteskyu Dartanyan, əcdadına aid ola biləcək bu yaxınlarda aşkar edilmiş qalıqların DNT analizi üçün material təqdim edib.
Müşketyorun nəslindən olan Hersoq Emeri de Monteskyu Dartanyan əcdadına aid ola biləcək bu yaxınlarda aşkar edilmiş qalıqların DNT analizi üçün material təqdim edib.
Müşketyorun nəslindən olan Hersoqun sözlərinə görə, alimlər onun bioloji materialını aşkar edilmiş skelet nümunələri ilə müqayisə edəcəklər. Hersoq qan və tüpürcək bağışlamaq üçün xüsusi olaraq Parisə səfər edib. Orada o, həmçinin Dartanyanın qalıqlarını axtaran arxeoloq Vim Deykmanla danışıb. Hersoq əlavə edib ki, DNT testinin nəticələri təxminən iki həftəyə hazır olacaq.
"Bir sıra faktiki elementlər göstərir ki, bu dəfə əsrlərin tapmacası həll olunacaq", - deyə o bildirib.
Mart ayında Hollandiyanın Maastrixt şəhərindəki bir kilsədə bərpa işləri zamanı Aleksandr Dümanın "Üç muşketyor" romanının qəhrəmanı üçün ilham mənbəyi olan Şarl de Batz de Kastelmor Dartanyana aid ola biləcək bir skelet aşkar edilib. Qalıqlar keçmiş qurbangahın yerində tapılıb.
XIV Lüdovikin ən yaxın silahdaşlarından biri və kralın muşketyorlarının komandiri Şevalye Dartanynan 1673-cü ildə Maastrixt mühasirəsi zamanı vəfat etdi. Onun qalıqlarının yeri uzun müddət naməlum qaldı. Arxeoloqlar indi onların Maastrixtdəki bir kilsənin qurbangahının altında tapıldığına inanırlar.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.