Səadət Qərib:
YAŞADIQLARIMDAN ÖYRƏNDİKLƏRİM
İNSAN həyatı oxumağa başlayınca, həyatın dərslərini qavrayınca, özünü anladıqca, ürəyini sevdikcə, yaxşıyla-pisi seçincə, insanların hər üzünü gördükcə, bağışlamağı bacarınca, kindən,nifrətdən uzaq olduqca, Allahın verdiyi hər nemətə şükür edincə, acılalara sinə gərincə,səbr etməyi,ümidlə dost olmağı bacarınca, heç bir şeyin bu dünyada sənin olmadığını dərk edincə, hər gecənin bir gündüzü olduğuna inanınca OLGUNLAŞIRMIŞ!!! Və yaşadınmı böyük yaşayacaqsan.
Hər gününü, hər anının qədrini bilərək, həyatın üzünə gülərək, ölümün gözünün içinə baxaraq, gücünə,səbrinə arxalanaraq, sevdiklərinə sarılaraq,kiçik şeylərlə xoşbəxt olmağı bacararaq,və heç kimdən heç nə gözləməyərək, İNSAN olaraq yaşamalısan ki, böyük yaşadığını hiss edəsən.
Yaşadığın acılarla olğunlaşır, olğun olur insan.
Xəstəliklə deyil, xəstə ruhla solğunlaşır, solğun olur insan.
Həyatla deyil, keyfiyyətsiz insanlarla yorulur, yorğun olur insan.
Ruhunu ölməyə qoyma, ruhun ölmədiyi sürəcə yaşadığını anlar insan.
Özünü SEV! Anla! Dinlə! Özünə dürüst ol!
Çox çətin olsa da barış həyatla.
Bu qədər!
Səadət Qərib
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.