Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus Hercules C-130 təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.
Müdafiə naziri Pedro Sançes hadisəni X sosial media platformasında təsdiqləyib, lakin təyyarədə olanların sayını açıqlamayıb.
O yazıb: "Dərin kədərlə bildirirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyətini daşıyan Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus Hercules təyyarəsi Puerto Leguizamoda uçuş zamanı qəzaya uğrayıb".
Nazirin sözlərinə görə, hərbi personal qəza yerində işləyir. "Lakin qurbanların dəqiq sayı və qəzanın səbəbi müəyyən edilə bilmir", - deyə o əlavə edib.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.