“Azərbaycan” nəşriyyatında jurnalistlərə əmlak tələsi: BAŞ REDAKTORDAN PA-YA MÜRACİƏT
Prezident Administrasiyasının idarəçiliyində olan “Azərbaycan” nəşriyyatı əsaslı təmirə dayandırıldığından uzun illər burada yerləşmiş redaksiyalara alternativ yer təklif edilmədən hamısı çölə tökülüb… Kənarda icarə yerləri olduqca baha olduğundan, MEDİA- nın İnkişafı Agentliyindən yardım almayan redaksiyalar ciddi problemlərlə üzləşib, onların peşə fəaliyyətinə ciddi əngəllər yaranıb… Və hazırda bir çox redaksiyalar kənara köçə bilmədiyindən əşyalarını və avadanlıqlarını nəşriyyatdan çıxara bilmirlər. Nəşriyyat isə dünəndən qapılarını jurnalistlərin üzünə bağladığından redaksiyalar çıxılmaz vəziyyətlə üzləşiblər.
“Təzadlar” qəzetinin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili bu məsələlərə məsul məmurlara müraciət yayımlayıb. Aşağıda təqdim edirik: “…Artıq bilmirəm kimə müraciət edəm ki, bəzi məmurların “Azərbaycan” nəşriyyatının qaçaraq əsaslı təmirə dayandırması ilə bir çox redaksiyalara ciddi problemlər yaradılıb…
33 ildir nəşr olunan “Təzadlar” qəzetinin redaksiyası bu müddətdə nəşriyyata təxminən 200 min manat icarə haqqı ödəyib, otaqlarımızın təmirinə, avadanlığına külli miqdarda pul xərclənib. Şəkildə və videoda təqdim edirəm, baxın! Ki, xarici- daxili qonaqlar redaksiyaya gələndə görsün ki, Azərbaycanda jurnalistlər it günündə yaşamır, işləmir… Onlara normal münasibət var və s. Dövlətdən yardım almadan hər şeyə dözüb bu günə gəlmişik, indi nəşriyyat qapıları bağlayıb ki, çıxın. Hara çıxaq, bu avadanlığı hara aparaq? Toplaşıb etirazvari müzakirə apardıq, dərhal PA-dan reaksiya gəldi ki, təklif verilsin, baxılacaq… Mətbuat Şurasının sədri Rəşad Məcid hörmətli Hikmət Hacıyevin, PA- nın sektor rəhbəri Vüqar Əliyevin adından bizi MŞ- a dəvət etdi, getdik… Və iki həftə keçdi, səs çıxmadı… 3 gün əvvəl yenə toplaşdıq ki, ay məmurlar, Prezident mediaya arxa durur, siz isə 40 ildir yerləşdiyimiz otaqlardan bizi çıxarıb çölə atırsımız, bizə sahib durun! Yenə də PA- dan göstəriş gəldi ki, sakitliyi gözləyin, düzələcək… Yenə də Rəşad Məcidi qabağa verdilər… Hörmətli Rəşad Məcid isə dünən dedi ki, mən əlimdən gələni etdim! Yəni, təkliflərinizi göndərmişəm PA- ya, başqa nə edim?!
https://www.facebook.com/100002726276553/videos/pcb.25290659320608262/2170145873723241
Prezident Aparatında medianı kurasiya edən dəyərli məmur, bütün əşyalarımız nəşriyyatın bağlı qapıları arxasında qalıb, çıxara bilməmişik. Nəşriyyat rəhbərliyi isə deyir ki, o əşyalara bir şey olsa, məsuliyyət daşımırıq, dağıdılsa, bizlik deyil! Deyirik ki, təmir edəcək şirkətin rəhbərinin telefonunu verin, özümüz danışaq ki… Deyirlər, onun adı məxfidir! Hansı ki, o əmlak redaksiya əməkdaşlarının şəxsi malıdır, otaqlarımızda Ulu Öndər Heydər Əliyevin büstü, qiymətli portreti, eləcə də cənab Prezident İlham Əliyevin, Mehriban Xanım Əliyevanın portretləri, redaksiyanın mebeli, arxivi, foto və videokameraları var. İndi biz nə edək? Bu qədər əmlakı küçələrə tökək? Mətbuat ptospektindəki dayanacağa yığaq?! 5-10 redaksiyaya müvəqqəti bir alternativ yer vermək Qarabağ probleminə dönüb? biz indi kimə müraciət edək, kimdən kömək istəyək? Prezident qarışmalıdır bu cür adi və sadə məsələlərə? Axı sabah daha bir ciddi adım atılsa, jurnalistlər yox, onlara yalan vəd verənlər günahkar olacaq! Biz Sizlərdən o biri məlum media subyektləri kimi yardım istəmirik, mənzil istəmirik, orden- medal istəmirik… Biz Sizlərdən diqqət və hörmət istəyirik! Bizlərə fərq qoymayın, kömək edin! Sabah ölkə rəhbərliyi soruşanda ki, nə baş verib, niyə belə oldu, bilin ki, onda cavabınız olmayacaq!
Sitatın sonu!”.


.jpg)
.jpg)
.jpg)
.jpg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.