Rusiya sərhədçiləri Türkiyə sərhədindəki "Axurik" keçid məntəqəsindən geri çəkilib
Ermənistan hökuməti rəsmi olaraq Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindəki "Axurik" keçid məntəqəsindən çıxarıldığını və Milli Təhlükəsizlik Xidmətindən olan erməni sərhədçilərin orada xidmət etdiyini təsdiqləyib.
Bu barədə hökumətin 2025-ci il üçün proqramının icrası ilə bağlı hesabatda deyilir.
"1 mart 2025-ci il tarixinə Ermənistan-Türkiyə dövlət sərhədindəki Marqara keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları çalışır. 2026-cı ilin əvvəlindən etibarən Ermənistan-Türkiyə dövlət sərhədindəki "Axurik" keçid məntəqəsində də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları çalışır. Hazırda Ermənistan dövlət sərhədində (Türkiyə ilə) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında olmayan bir dənə də olsun fəaliyyətdə olan keçid məntəqəsi yoxdur", - deyə hesabatda qeyd olunur.
Qeyd etmək lazımdır ki, hazırda Ermənistan-Türkiyə sərhədində fəaliyyətdə olan heç bir keçid məntəqəsi yoxdur.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.