İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib
"The Wall Street Journal" (WSJ) diplomatik mənbələrə istinadən xəbər verir ki, İran hakimiyyəti uran zənginləşdirməsini dayandırmaq və ehtiyatlarının bir hissəsini ixrac etmək istəyini bildirib.
İran rəsmiləri regional tərəfdaşlarla müzakirələrdə üç ilə qədər uran zənginləşdirməsindən imtina etməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, Tehran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini "Rusiya kimi üçüncü tərəfə" ötürmək ehtimalını qaldırıb.
Fevralın 16-da İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ-ın aparıcı yəhudi təşkilatlarının rəhbərləri ilə görüşdə İranın uranı zənginləşdirmək qabiliyyətindən məhrum edilməsinə çağırıb.
Fevralın 14-də "Axios" ABŞ rəsmilərinə istinadən bildirib ki, ABŞ İran neftinə təzyiqi artırmaqla İranla razılığa gəlməyi planlaşdırır.
Daha əvvəl Tramp İranda hökumət dəyişikliyini ABŞ üçün ən yaxşı nəticə adlandırıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.