Litva Rusiyanın işğalı halında özünümüdafiəyə hazırlaşır
Litva mümkün Rusiya işğalı halında özünümüdafiəyə hazırlaşır.
Bu barədə Litvanın Milli Təhlükəsizlik Məsləhətçisi Deyvidas Matulionis The Wall Street Journal (WSJ) qəzetinə verdiyi müsahibədə bildirib.
"Ölkəmdə nəzərəçarpacaq dərəcədə narahatlıq hissi var, lakin eyni zamanda biz özünümüdafiəyə hazırlaşırıq", - deyə o qeyd edib. Məsləhətçinin sözlərinə görə, düşmən işğalı halında Litva silahlı qüvvələri müttəfiq qüvvələri gələnə qədər döyüşəcək.
Bu arada, nəşrin jurnalistləri qeyd ediblər ki, Avropa ölkələri potensial işğaldan narahatdırlar. Onların sözlərinə görə, NATO-nun hərbi strateqləri Rusiya qoşunlarının blokun şərq sərhədinə 2026-cı ildən etibarən yerləşdirilməsi ehtimalından qorxurlar.
Daha əvvəl Litvanın keçmiş xarici işlər nazirinin müavini Darius Yurqeleviçius bildirib ki, NATO Rusiya ilə birbaşa hərbi toqquşma halında Kalininqradı mühasirəyə almaq üçün plan hazırlayıb. Diplomat həmçinin şəhəri "Köniqsberq" adlandıraraq, onun Rusiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.