Ermənistan yeni qanun pozuntularına görə Aİ aviaşirkətlərinin qara siyahısında qalır
Ermənistan aviasiyası hələlik Avropa İttifaqının "qara siyahısı"ndan çıxarılmayacaq; yeni pozuntular aşkarlanıb.
Yerli medianın məlumatına görə, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib.
Erməni nazir əmin edib ki, "müəyyən edilmiş 40 çatışmazlıq aradan qaldırılıb, lakin yeniləri aşkarlanıb və Mülki Aviasiya Komitəsi onların üzərində işləyir".
Onun sözlərinə görə, yeni çatışmazlıqlar texniki xarakter daşıyır və bəziləri qanunvericilik və struktur islahatlarını tələb edir.
Xatırladaq ki, ötən yay Avropa Komissiyası Ermənistanda monitorinq keçirib və bunun nəticəsində dekabr ayında ölkənin "qara siyahı"dan çıxarılması barədə qərar qəbul ediləcəyi gözlənilirdi.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.