İndoneziyada Semeru vulkanı altı dəfə püskürüb
Ölkənin mərkəzi hissəsində, Şərqi Yava əyalətində Semeru dağının ən azı altı püskürməsi qeydə alınıb.
Kül vulkanın kraterindən 1000 metr yüksəkliyə, yəni dəniz səviyyəsindən 4676 metr yüksəkliyə çatıb. Kül şimal-şərq istiqamətində sürətlə yayılır. Ölkənin Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və isti qayaların püskürmə riski səbəbindən kraterdən 5 km radiusa yaxınlaşmamağı tövsiyə edib.
Semeru İndoneziyada dördüncü ən yüksək vulkandır (dəniz səviyyəsindən 3676 metr yüksəklikdə) və Yava adasının ən yüksək zirvəsidir.
Dünyanın ən böyük və 18000 adadan ibarət olan İndoneziya arxipelaqı Sakit Okeanın "Alov Həlqəsi" adlanan hissəsində yerləşir və bu da bölgəni güclü seysmik aktivliyə həssas edir. Ümumilikdə İndoneziyada 500-dən çox vulkan var ki, onlardan təxminən 130-u aktivdir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.