Ruben Vardanyanın məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb
Ermənistan vətəndaşı Ruben Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorizm, terrorizmin maliyyələşdirilməsi və digər xüsusilə ağır cinayətlərlə bağlı maddələri ilə ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.
30 dekabr tarixinə təyin olunmuş məhkəmə iclası bu iş üzrə hakimlər kollegiyasının - sədrlik edən hakim Zeynal Ağayev, hakimlər Anar Rzayev və Camal Ramazanovdan (ehtiyat hakim Günel Səmədova) ibarət - 15 Ermənistan vətəndaşının iştirak etdiyi başqa bir cinayət işi üzrə müşavirə aparması səbəbindən baş tutmayıb.
Qeyd olunur ki, Vardanyanın işi üzrə növbəti məhkəmə iclası hakimlər kollegiyası müşavirələrini başa vurub hazırkı məhkəmə prosesinə qayıtdıqdan sonra keçiriləcək.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.