Toy tortu ilə atəşfəşanlıq nəticəsində restoran yanıb
İtaliyada toyda atəşfəşanlıq qığılcımları yanğına səbəb olub. Bəy yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, ziyafət zalı isə tamamilə dağılıb.
Hadisə Ariano İrpino şəhərindəki bir oteldə keçirilən toy məclisinin sonuna yaxın baş verib. 200-dən çox qonaq dəbdəbəli toydan zövq alaraq axşamın kulminasiyasını gözləyirdi - yeni evlənənlər gecə yarısı atəşfəşanlıqla əhatə olunmuş tortu kəsməli idilər.
Lakin, uçan qığılcımlar pərdələri və asma tavanı alovlandırdıqdan sonra mərasim yarımçıq qalıb. Alov foyeni bürüyərək qonaqlar arasında çaxnaşmaya səbəb olub.
Bəy alovu söndürməyə çalışsa da, üzündə və əllərində ikinci dərəcəli yanıqlar alıb və xəstəxanaya yerləşdirilib. Bir neçə qonaq yüngül tüstüdən zəhərlənərək müalicə alıb.
Otel işçiləri qonaqları təxliyə edərək izdihamın qarşısını alıblar. Yanğın söndürüldükdən sonra Karabinieri araşdırmaya başlayıb. Otelə dəyən ziyanın miqdarı hələ müəyyən edilməyib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.