XI əsrə aid məbəd atəşə tutulduqdan sonra zərər gördü
Tayland hərbi qüvvələri Kambocanın şimal-qərbindəki XI əsrə aid Ta Xvay məbədini atəşə tutub və ona ziyan vurub.
Ölkənin Mədəniyyət və İncəsənət Nazirliyi Taylandın hərəkətlərini pisləyən bu bəyanatla çıxış edib.
"Mədəniyyət və İncəsənət Nazirliyi Tayland ordusunun Kambocanın müqəddəs mədəniyyət abidəsi olan Ta Xvay məbədinə dağıdıcı hücumlarını qətiyyətlə pisləyir", - deyə Facebook-dakı açıqlamada bildirilib.
Nazirlik iddia edib ki, Tayland ordusunun hərəkətləri "tamamilə əxlaqsızlığı əks etdirir və mədəniyyətə, sivilizasiyaya və müqəddəs irsə açıq-aşkar hörmətsizlik nümayiş etdirir". Nazirlik UNESCO və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası da daxil olmaqla beynəlxalq təşkilatları Tayland ordusunun hərəkətlərini pisləməyə və onları "bütün dağıdıcı hərəkətləri dərhal dayandırmağa" çağırıb. O, əlavə edib ki, "Taylandı beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb etmək" üçün bütün mümkün mexanizmlərdən istifadə olunacaq.
Ta Xvay Məbədi Kambocanın şimal-qərbindəki Oddar Myençe əyalətində yerləşir. Kompleks XI əsrdə Hinduizmin üç ali tanrısından biri olan Şivanın şərəfinə inşa edilib. Məbəd krallığın mədəni abidəsi hesab olunur.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.