Anita Hipper: Avropa Birliyi Ermənistan hərbi liseyi ilə memorandum üzərində işləyir
Avropa Təhlükəsizlik və Müdafiə Kolleci ilə Monte Melkonyan adına Ermənistan Hərbi Liseyi arasında əməkdaşlıq memorandumu öyrənilmənin ilkin mərhələsindədir.
Bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Xidmətinin sözçüsü Anita Hipper Azərbaycan jurnalistlərinin suallarına cavab olaraq bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib.
Hipper bildirib ki, "Biz hələ akademik qiymətləndirmə mərhələsindəyik. Son qərarı 27 Aİ üzv dövlətini təmsil edən Kollecin Rəhbər Komitəsi verəcək".
Sazişin imzalanmayacağı ilə bağlı suala Aİ sözçüsü "məsələ hələ ilkin mərhələdə olduğundan, yekun qərar barədə danışmaq üçün hələ tezdir" deyib.
"Nəticəni əvvəlcədən müəyyən edə bilmərik", - deyə o, yekunlaşdırıb.
Daha əvvəl, 4 dekabrda terrorçu Monte Melkonyanın adını daşıyan Ermənistan Hərbi İdman Liseyinin Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin himayəsi altında fəaliyyət göstərən Avropa İttifaqı Hərbi İdman Məktəbləri Assosiasiyasına qoşulacağı açıqlanıb.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.