Turist avtobusu yük maşını ilə toqquşdu: ölən və yaralananlar var
Misirin Qırmızı dəniz qubernatorluğunda, Ras Qərib-Hurqada yolunda turist avtobusu yük maşını ilə toqquşub.
Bu barədə xarici media Ras Qərib şəhər prokurorluğuna istinadən məlumat yayıb.
Məlumata görə, avtobus Qahirə tur proqramı çərçivəsində arxeoloji və turistik yerləri ziyarət etmək üçün Hurghadadan gələn tur qrupu daşıyırdı.
Qəzada iki nəfər həlak olub, 39 nəfər yaralanıb. İlkin araşdırmaya görə, yaralılar arasında 27 rus, iki litvalı, yeddi fin və üç misirli (iki sürücü və bir tur bələdçisi) olub. Yaralılar tibbi müalicə və müşahidə üçün Ras Qərib Xəstəxanasına aparılıblar.
İlkin yoxlama zamanı avtobusun ön hissəsində ciddi zədələnmə aşkar edilib.
Prokurorluq qəzanın səbəbi və şəraiti barədə texniki hesabat hazırlamaq və yoxlama aparmaq üçün yol hərəkəti üzrə mütəxəssislər təyin edib.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.