AZAL-ın təyyarə qəzası ilə bağlı Qazaxıstandan yeni AÇIQLAMA
Aktau yaxınlığında qəzaya uğrayan AZAL Embraer-190 təyyarəsinin qəzası ilə bağlı araşdırmanın nəticələri Yeni ildən sonra açıqlana bilər, faciəni araşdıran dövlət komissiyasına rəhbərlik edən Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
"İstintaq üçün standart müddət təxminən bir ildir, bəlkə də bir az daha uzundur. İş davam edir", - Bozumbayev parlamentin kənarında deyib.
Avqustun əvvəlində Bozumbayev bildirmişdi ki, Qazaxıstan bir neçə ay ərzində “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı təqdim edəcək. Eyni zamanda, baş nazirin müavini məlumat verib ki, təyyarənin modul avionik bölməsi ekspertiza üçün ABŞ-a göndərilib.
2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190-100 IGW sərnişin təyyarəsi Bakıdan Qroznıya gedərkən Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.