Ermənistanda 44 günlük müharibə üzrə komissiya işini başa çatdırıb
44 günlük müharibənin şəraitini araşdıran müvəqqəti komissiyanın hesabatı Ermənistan parlamentinin sədri Alen Simonyana göndərilib.
Bu barədə parlamentin müdafiə və təhlükəsizlik komissiyasının səhifəsində məlumat verilib.
Komissiya 2022-ci ilin fevralında hakim “Mülki Müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. İşi çərçivəsində 2020-ci il müharibəsindən əvvəl və müharibə zamanı ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxsləri görüşlərə dəvət edib.
Bundan əvvəl komissiyanın rəhbəri Andranik Köçəryan hesabatın tam şəkildə 2025-ci ilin payızında, sentyabr sessiyası zamanı parlamentə təqdim ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, hesabatın bəzi hissələrinin konfidensiallığı məsələsi açıq qalır və geniş ictimaiyyətin məlumatlara çıxış səviyyəsi hələ müəyyən edilməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.