Arxiyepiskop Qalstanyanın həbs müddəti uzadılıb
Yerevan məhkəməsi “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini üç ay uzadıb.
Ermənistan KİV-i xəbər verir ki, o, terror aktları hazırlamaqda və konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunur.
"Məhkəmə hesab edir ki, ibtidai istintaqın hazırkı mərhələsində təqsirləndirilən şəxsin həbs müddəti üç ay uzadılmalıdır", - hakim Karen Farxoyan bildirib.
Arxiyepiskop Baqrat iyunun 18-də saxlanılıb.Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həmin gün hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunan “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı həbs ediblər.
Daha sonra arxiyepiskop Mikael Ajapaxyan və “Müqəddəs mübarizə” hərəkatının digər tərəfdarları da oxşar ittihamlarla həbs ediliblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.