Karapetyanın ailəsi Ermənistandan 500 milyon dollar tələb edir
Həbsdə olan iş adamı Samvel Karapetyanın ailəsi hakimiyyətin milliləşdirdiyi “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin işi üzrə Ermənistan Respublikasına qarşı arbitraj investisiya iddiası qaldırıb.
"Karapetyan ailəsi tələb edir ki, arbitraj məhkəməsi Ermənistan Respublikasını həm artıq dəymiş ziyanı, həm də gözlənilən zərəri kompensasiya etməyə məcbur etsin. İlkin qiymətləndirməyə görə, zərərin məbləği 500 milyon dollardır və arbitraj məhkəməsi tərəfindən yekun qiymətləndirilməlidir", - iş adamının müdafiə şurasının bəyanatında deyilir.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunaraq iki ay müddətinə həbs edilib. Bundan sonra onun biznesi ilə bağlı yoxlamalar başlayıb, “Pizza Taşir” MMC-nin İrəvan və digər bölgələrdəki bir sıra pitseriyaları bağlanıb. Bundan başqa, ölkə hakimiyyəti Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinin təşəbbüskarı olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.