İsrail ÜST-ün Qəzzadakı obyektlərinə hücum edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzanın mərkəzindəki Deyr əl-Balah şəhərində yaşayış kompleksinə və təşkilatın əsas anbarına hücum edərək, yardım işçilərini və fələstinlilərə yardım əməliyyatlarını təhdid etdiyini bildirib.
BMT təşkilatın əməkdaşlarının yaşadığı binaya 3 dəfə zərbə endirdiyini bildirib. Binada yanğın baş verib və əmlaka ziyan dəyib.
"İsrail qüvvələri kompleksə (Deyr əl-Balah - red.) daxil olub, qadın və uşaqları aktiv qarşıdurma şəraitində əl-Məvasiyə doğru piyada təxliyə etməyə məcbur ediblər. Kişi personal və onların ailələri qandallanıb, soyunub, yerində sorğu-sual edilib və silah gücünə yoxlanılıb", - ÜST bildirib.
Reyd zamanı ÜST-nin iki əməkdaşı və onların iki ailə üzvü saxlanılıb. ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus üç nəfərin azad edildiyini və ÜST-nin bir əməkdaşının İsraildə həbsdə qaldığını bildirib.
"ÜST saxlanılan işçilərin dərhal azad edilməsini və bütün işçilərinin qorunmasını tələb edir" dedi Tedros.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.