Latviya Xarici İşlər Nazirliyi 50-dən çox Gürcüstan vətəndaşının ölkəyə girişini qadağan edib
Latviya daha 55 Gürcüstan vətəndaşının ölkəyə girişini qeyri-müəyyən müddətə qadağan etmək qərarına gəlib.
Bu barədə Gürcüstan KİV-i Latviyanın xarici işlər naziri Bayba Brajenin sosial şəbəkədəki paylaşımına istinadən məlumat yayıb.
"Mən İmmiqrasiya Qanununun 61-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq daha 55 Gürcüstan vətəndaşını Latviya Respublikasında qalması arzuolunmaz şəxslər siyahısına daxil etmək qərarına gəldim. Bu şəxslərin Latviyaya girişinə qadağa qeyri-müəyyən müddətə təyin edilib", - o yazıb.
Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Gürcüstana münasibətdə ikili standartlar Baltikyanı ölkələr üçün milli maraq məsələsinə çevrilib. 2024-cü ilin dekabrında Estoniya baş nazir də daxil olmaqla 25 Gürcüstan hökumət rəsmisinə qarşı sanksiya tətbiq edib. Litva Gürcüstan hökumətinin başçısına və Gürcüstanın 28 dövlət məmuruna qarşı da sanksiya tətbiq edib. Latviya Daxili İşlər Nazirliyinin rəsmilərinə və hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri Bidzina İvanişviliyə də sanksiya tətbiq edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.