İran Prezidenti: Bizim cavabımız regional fəlakətin qarşısını aldı
İran prezidenti Məsud Pezeşkian deyib ki, İslam Respublikasının İsraillə 12 günlük müharibəyə cavabı “bölgədə genişmiqyaslı və idarəolunmaz müharibənin qarşısını alıb”.
O, bu barədə videokonfrans vasitəsilə qatıldığı Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında bildirib.
M.Pezeşkianın sözlərinə görə, Tehran BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub.
"İran cavab tədbiri görməsəydi, bu, regionda genişmiqyaslı və idarəolunmaz müharibəyə səbəb ola bilərdi. Bu təcavüz İranın nüvə proqramı ilə bağlı İslam Respublikası və ABŞ arasında dolayısı danışıqların ortasında baş verdi. Ölkənin dinc nüvə obyektlərinə hücum edilib", - o deyib.
Bu arada prezident İsrail tərəfindən yüksək rütbəli hərbçilərin öldürülməsini “hərbi personala qarşı öz növbətçi məntəqələrindən kənarda cinayət əməliyyatları” adlandırıb.
“Beynəlxalq ictimaiyyət, xüsusilə BMT Təhlükəsizlik Şurası, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyi müharibəyə başlayan Təl-Əvivlə bağlı daha aydın mövqe tutmalıdır”, o qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.