10 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

10 ay əvvəl 271 01

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində xarici Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirdi. Tədbirdə Türkiyə və Norveçdən gələn şairlər də iştirak etdi.
Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, qonaqları salamladı. O çıxışında qeyd etdi ki, 2025-ci il bayramlar ilidir. Cənab Prezidentin Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur. L.Məmmədova qeyd etdi ki, vətənpərvər şairimiz Bəxtiyar Vahabzadənin yubileyi təntənəli, bayram şəraitində keçir. Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı 21 fevral 2025-ci il tarixində Sərəncam imzalamışdır. O qeyd etdi ki, şairin yubileyi ilə əlaqədar MKS-də silsilə tədbirlər həyata keçirilir. Mərkəzi Kitabxanada inşa, esse və şeir müsabiqələri təşkil olunmuşdur.
Filologiya elmləri doktoru, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin mütəxəssisi, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuad qeyd etdi ki, Bəxtiyar Vahabzadə bütün türk dünyasının şairidir. Bəxtiyar Vahabzadə yaradıcılığına türkçülüyü gətirirdi. Təsadüfi deyil ki, “Gülüstan” poeması dillərdə əzbər olmuşdur. O özü də etiraf edirdi ki, mən istədiyim zaman sözümü deyə bilmişəm. Bəxtiyar Vahabzadə təbiət, humanistlik, sevgi şairi idi.
Filologiya elmləri doktoru, professor Yeganə İsmayılova çıxışında qeyd etdi ki, Bəxtiyar Vahabzadə bir filosof idi. “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi kafedrasında Bəxtiyar Vahabzadəni tədris edirəm. Şairin 90 illik yubileyi qeyd olunan zaman mən elmi məqalə ilə çıxış etmişdim. Və artıq 100 illik yubileyi ilə əlaqədar Şəkidə keçiriləcək simpoizumda çıxış edəcəm”. O, Bəxtiyar Vahabzadə haqqında duyğularını dilə gətirən yazı ilə tədbir iştirakçılarını tanış etdi. Y.İsmayılova çıxışını şairin şeirləri ilə yekunlaşdırdı.
Yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadə çıxışında Bəxtiyar Vahabzadənin böyük şair olduğunu vurğuladı. “Azərbaycanın ağrılı-acılı günlərində radioda Bəxtiyar Vahabzadənin və Mirzə Xəzərin səsi gəlirdi. B.Vahabzadə öz dövründə bütün şairlərə yüksək qiymət verirdi. Bəxtiyar Vahabzadə yaradıcılığını oxuyanda hər bir söz hədəfə dəyir”. R.Mirzəzadə tarixçi alim Lev Qumilyovun Bəxtiyar Vahabzadə yaradıcılığına verdiyi rəy və yüksək qiymət haqqında danışdı.
Tükiyənin tanıınmış şairi, hekayə və roman yazarı Selvigül Şahin çıxışına qələmə aldığı şeiri ilə başladı. O, B.Vahabzadə haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, böyük şairlər ölmürlər, özlərindən sonra yetişən şairlərə örnək olur, əsərlərini miras qoyurlar.
Türkiyədən gələn qonaq, tanınmış yazıçı Suheyla Karaca çıxışına “Azərbaycan-Türkiyə” şeirini söyləməklə başladı. O, Azərbaycan xalqının sənətçi ruhuna aşiq olduğunu bildirdi. Ədəbi-bədii gecədə şeir söyləyən uşaqların içində milli ruhu görəndə xoşbəxt olduğunu bildirdi. “B.Vahabzadə təkcə öz millətinin yox, bütün türk dünyasının şairi idi”, – deyə çıxışını yekunlaşdırdı.
Osloda Azərbaycan Məktəbinin koordinatoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Günay Əliyeva çıxışında qeyd etdi ki, Bəxtiyar Vahabzadə bizim üçün bir məktəbdir. Biz onun hər misrasından nəsə öyrənirik. O, B.Vahabzadənin “Kitab” şeirini söylədi.
Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Əfəndiyeva tədbirə dəvətə görə təşəkkürünü bildirdi. O, B.Vahabzadə yaradıcılığı haqqında fikirlərini bölüşdü. X.Əfəndiyeva tələbə vaxtı şairə portret hədiyyə etməsindən danışdı. Bildirdi ki, B.Vahabzadə ona “mənim şəklimi yox, taleyimi çəkmisiniz” cavabını vermişdir.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova Ulu Öndərin adını daşıyan Mərkəzdə ədəbi-bədii gecələrin təşkilinə görə L.Məmmədovaya öz təşəkkürünü bildirdi. N.Ömərova çıxışında Bəxtiyar Vahabzadənin bütün türk dünyasının şairi, Vətəninə bağlı bir şair olduğunu vurğuladı. O, Ümummilli Lider Heydər Əliyevin B.Vahabzadə xəstəxanada olarkən onu ziyarət etməsi və onların dialoqlarından tədbir iştirakçılarına məlumat verdi və qeyd etdi ki, mərkəzimizin fondunda Xalq şairinə aid lent yazıları da vardır.
Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Türkiyədən qonaq gələn yazarlara həsr etdiyi şeirini, şair Aytəkin Mehmanqızı, 225 №-li tam orta məktəbin direktor müavini Zenfira Nusalova B.Vahabzadənin şeirlərini səsləndirdilər. Tədbir iştirakçılarından İlahəxanım Rəşidova Xavər Xəlilinin şeirini, 128 №-li tam orta məktəbin 1-ci sinif şagirdi Tunay Həsənov “Azərbaycan-Türkiyə” şeirini söylədi.
Esse, inşa və şeir müsabiqələrinin qalibləri Nəzakət Cəfərliyə, Davud Orucluya, İlahə Quluzadəyə, Şahhüseyn İbrahimova, şeir müsabiqəsinin qalibləri Allahverdi Ramazanova, Azərin Quliyevaya, Şücayət Kərimzadəyə, Züleyxa Xudiyevaya, Heydər Əliyevə, Fateh Qədirova diplom və təşəkkürnamələr təqdim edildi.
Tədbirin bədii hissəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, muğam ustası, xanəndə Maya Cəbrayılova “Çanaqqala Müzəffər” və “Nədən oldu”, Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin şagirdləri “Tar-kamanım gəl, gəl”, “Heydərbabaya salam”, “Azərbaycanım” mahnılarını və muğamlar ifa etdilər. Onları tarda Famil Məmmədov, kamançada Lalə Əfəndiyeva, qavalda Əziz Mənsimli müşayiət edirdi.
Türkiyədən təşrif buyuran dəyərli və hörmətli yazarlar – Selvigül Şahin və Süheyla Karacaya Azərbaycan ədəbiyyatını sevən, onu təbliğ etdiyinə görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu diplomları təqdim olundu. Azərbaycan muğamını, xalq musiqilərini peşəkar səviyyədə təbliğ etdiklərinə görə Xan Şuşinski adına Ağdam rayon Musiqi Məktəbinin müəllimləri – kamança ifaçısı Lalə Əfəndiyeva, tarzən Famil Məmmədov, qaval ifaçısı Əziz Mənsimli və tanınmış kamança ifaçısı Xətayə Cəfərova, sözügedən musiqi məktəbinin şagirdləri Tunar Əzizov, Fatimə Kərimli, Sübhan Ağazadə və Mətin Cəfərov xalq musiqilərini gözəl ifa etdiklərinə görə təşəkkürnamələrlə təltif olundu.
Yubiley tədbirində alimlər, şair və yazıçılar, KİV nümayəndələri, ziyalılar və geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə  həsr olunmuş videoçarx nümayiş olundu. Videoçarx kitabxananın YouTube kanalında yerləşdirilmişdir:

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 2 gün əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 5 gün əvvəl

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

John Doe 1 həftə əvvəl

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

John Doe 1 həftə əvvəl

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

John Doe 3 həftə əvvəl

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com