Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib
Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və bəşəriyyət əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən terrorizm, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlər ilə bağlı maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında Anar Rzayev və Camal Ramazanovun (ehtiyat hakim Günel Səmədov) sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə danışdığı dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün seçdiyi vəkil verilib.
Hakim Zeynal Ağayev dindirilməzdən əvvəl prosesdə ilk dəfə iştirak edən zərərçəkmişlərə və zərərçəkmişlərin hüquqi varilərinə qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Zərərçəkmişin hüquqi varisi Əlizamin Qənbərov ifadəsində bildirib ki, oğlu Rəşad Qənbərli Laçın rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı birləşmələrinin atəşə tutması nəticəsində həlak olub. A.Qənbərov vurğulayıb ki, ona dəymiş ziyanın ödənilməsi mümkün deyil.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.