Hindistan təyyarəsinin qəzaya uğradığı ərazidən cəsədlərin çıxarılması başa çatıb
Hindistanın qərbində Air India aviaşirkətinə məxsus Boeing 787 Dreamliner təyyarəsinin qəzaya uğradığı ərazidən cəsədlərin çıxarılması başa çatmaq üzrədir.
Bu barədə Əhmədabad şəhəri yaxınlığında faciə baş verən yerə baş çəkən ölkənin daxili işlər naziri Amit Şah bildirib.
"Mən qəza yerində oldum. Ölənlərin cəsədlərinin çıxarılması demək olar ki, başa çatıb", - nazir jurnalistlərə deyib.
Onun sözlərinə görə, hazırda mərhumun qohumlarından DNT nümunələri götürülür. “Qurbanların şəxsiyyətini müəyyən etmək üçün minə yaxın DNT testi aparılacaq”, o qeyd edib. Qurbanların dəqiq sayı genetik identifikasiya başa çatdıqdan sonra açıqlanacaq.
AI171 reysi ilə Londona uçan Boeing 787 təyyarəsi havaya qalxdıqdan dərhal sonra yaşayış məntəqəsində qəzaya uğrayıb. Təyyarədə 242 nəfər - 230 sərnişin və 12 ekipaj üzvü olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.