Ermənistan 40 min hindlidən imtina edib
Hindistan 40 minə qədər tələbəni Ermənistana təlim keçmək üçün göndərməyə hazır idi.
Bunu APRI Ermənistan forumunda Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
Onun sözlərinə görə, müvafiq təklifi Hindistan parlamentinin yuxarı palatasının sədri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin müzakirəsi zamanı səsləndirib.
"Düzünü desəm, bu, mənim üçün sürpriz oldu. Sadəcə olaraq, bizim bu qədər sayda tələbə qəbul etmək üçün infrastrukturumuz yoxdur. Ona görə də belə böyük ölkə ilə əməkdaşlıq üçün şərait yaratmaq çox vacibdir", - Arşakyan qeyd edib.
O əlavə edib ki, təhsil potensialının genişləndirilməsi Ermənistanda Akademik Şəhərin yaradılması layihəsi ilə bağlıdır.
"Hazırda bizim Hindistandan üç minə yaxın tələbəmiz burada təhsil alır. Müvafiq imkanlar yaranarsa, onların sayı 30, hətta 60 minə qədər arta bilər. Hindistanlı tələbələr Ermənistanda təhsil almaqda maraqlıdırlar", - vitse-spiker vurğulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.