Azərbaycan "Zaqreb Open-2025"ə 5 medalla başlayıb
Kənan Heybətov turnirin qalibi olub
Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə güləşin hər üç növü üzrə mövsümün ilk reytinq xarakterli turnirinə start verilib. Turnirin ilk günü Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, start günü döşək üzərinə çıxan 6 sərbəst güləşçimizdən beşi daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. Onlardan biri qızıl, ikisi gümüş və ikisi də bürünc medal qazanıb.
Qızıl medalın sahibi bütün görüşlərini qələbə ilə başa vuran Kənan Heybətov (70 kq) olub. Qeyd edək ki, mübarizəyə 1/8 finaldan qoşulan Kənan həlledici finalda İran pəhləvanı Sina Xəlili üzərində böyük hesabla qalıb gəlib - 12:1.
Gümüş medalları yalnız həlledici finalda büdrəyən İslam Bazarqanov (57 kq) və Arsen Cioyev (86 kq) qazanıb. Onlar həlledici görüşdə müvafiq olaraq amerikalı Spenser Li (2:6) və Zahid Valensiyaya (0:8) uduzub.
Bürünc medallar isə Nurəddin Novruzov (61 kq) və Əli Rəhimzadənin (65 kq) aktivinə yazılıb.
Təəssüflər olsun ki, 74 kq-da güləşən Aqanəzər Novruzov bürünc medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorqi Elbakidze ilə bacarmayıb.
Turnir davam edir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.