"Mən çoxdandır belə ləyaqətli insan görməmişdim..."
Dəqiq tarixini xatırlamıram. Amma mən çoxdandır belə ləyaqətli insan görməmişdim.
Ümumiyyətlə, Azərbaycanda kişi olmaq çətindir. Bu coğrafiyada əsasən kişilər qadınlardan tez ölür. Azərbaycan qadını isə elə bilir ki, kişi elə qadından tez ölməlidir. Düşünür ki, dünyanın hər yerində bu belədir. Məsələn, Finlandiyada bu belə deyil, elə Yaponiyada da.
***
Qismət elə gətirdi ki, 90-cı illərdən müharibə gördük. Nə qədər ləyaqətli oğlanlarımız Vətən yolunda şəhid oldular.
Sağ qalanlarsa işlədilər. Həyat yorğunluğu başladı. Əvvəl dolanmaq üçün çalışdılar, sonra ev almaq üçün, ala bilməyəndə kirayəni ödədi, ödəyə bilməyənlər kreditə girdi, onu da ödəyə bilməyəndə borca, onu da... onu da...
Çoxu qəflətən - ən sevincli günündə ürəktutmadan öldü.
Ləyaqəti başa papaq edənlər də özünə yer tapa bilmədilər, çərlədilər.
Baxdılar ki, cinsi azlığın nümayəndəsi olmaq dəb olub. Kim onlardandısa üzünə qapılar açılır, hörməti dağlar aşırır, insanlar onlarla şəkil çəkdirmək üçün sıra yarışına girir.
Baxdılar ki, Azərbaycan kişisi Zaurun, Xoşqədəmin, Lalənin verilişində dizlərini yerə atıb yalvarır, ağlayır, mızıldanır. Qadın ətəyindən yapışıb milyonların qarşısında dilənir.
Baxdılar ki, Azərbaycan kişisi şəhid stüardessanın ahıl atasını aldadıb kartındakı 80 minini oğurlayır.
***
Qürurlandılar da.
Milli Qəhrəman Hökümə xanımın nakam qalan həyat yoldaşına baxın. Başını qaldırmır. Tərbiyəsi, kişiliyi, ləyaqəti ilə dərs verir.
Oğurlanan 80 minin 40 minini ona uzadıblar. Elə bil sevdiyi qadınsız keçirdiyi hər gün üçün min manat hesablanıb. Özüdə düz 40-na kimi.
Təşəkkür etdi, amma götürmədi.
Azərbaycan kişisi budur.
Mel Gibsonun "Cəsur Ürək"dəki performansı kimi ayağa durub alqışlamaq lazımdır.
Amma bir fərqnən. Bu film deyil, reallıqdır. Çox, çox, lap çox əclaf həyatın reallığı.
(c) Əfsələddin Ağalarov
* * *
Тофик Мамедов
Alqışa layiq yazıdır.Təşəkkur edirəm.Bəli Azərbaycan kişisi ləyaqətini hər sahədə nümayiş etdirməlidir.
Vidadi Mamedrzayev
Sağ olun,insanların yaxşısı da var,pisi də.Ancaq heç istəməzdim kişilər tv yə çıxıb göz yaşı tökə,aciz,yazıq,ümidsiz vəziyyətdə ola.Bir də çox istərdim bizim kişilər A.Dümanın təsvir etdiyi kimi olalar,necə o deyir,burda kişilər heç nəyə imza atmazlar,söz verdilər,bəs edər.O günlər yetişərmi görəsən
Beybala Mirzeyev
Vidadi müəllim, "Qafqaz səfəri" əsərindəki həmin o qürur duyulası dəyərlərimizin bu gün yenidən təcəlla etməsi, yayğınlaşması elə də asan olmasa da, ancaq mümkündür.
Sara Asgar
Eşq olsun bele kişilere, azalsada vardır bele vüqarlı Kişiler
Alxas Alimardanov
Senarini yazanlar , tətbiq edənlər , əxlaqsizliqi coxaldanlar , insanlari ibsanliqdan cixarib , heyvanatla - məxluqatla eyniləşdirənlər , qalib olnayacaqlarini ən son ansa məqlub olacaqlarini bilirlər, Eyyub oeyqəmbərin davamcisi olan, səbirli - dözumlu kişilərmizə Eçq olsun Allah kömək olacaq inşAllah
Behriyye Seyidova
O pul birinci Hökumə xanımın yoldaşına çatırdı. Onun razılığı ilə puldan onun valideynlərinə də verilə bilər. Amma heç kimə pis gəlməsin xanımın atası irəli düşüb. Başa düşürəm hamının pula ehtiyacı var. Amma pul övladdan irəli olmamalı idi. Götürmür sözü nə deməkdir. Ğötürməsə də aparıb onun stolunun üstünə qoymaq lazım idi. Özü nə edər edər
Sürəyya Allahverdiyeva
Mən yaşlansam da,düsuncələrim yaşlanmadı.Cavanlığımda gördüyüm kişilərdən indi də görəndə Allaha şukür edirəm.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.