Bəhruz Niftəliyev:
O qədər uzaqsan...
O qədər uzaqsan bilmirsən mənim,
Sənsiz bu dünyada halım necədi.
Sinəmə vurduğun dağı demirəm,
O dağa üz tutan ahım necədi?!
O qədər uzaqsan məsafən əfi
İlan tək gözümdə qıvrılar, neynim?
Adlayıb gəlsən də, dönsən də qəfil,
Çapdığın körpülər qırılar, neynim?
O qədər uzaqsan duman içində
Səni aramaq da müşküldü artıq.
Səni Tanrıdan da uman içimdə
İblisi görməyin mümkündür artıq.
Gözümdən düşdüyün zirvənə heyif,
Bir sinə dözənməz bir mənə heyif.
Sənə bəslədiyim bu gülüstanı,
Tikanlı məftillər bilmənə heyif.
Ta sənə yetmək də istəmirəm heç,
Ta səni görmək də gəlmir içimdən.
Xəyalın , xatirən gözümə batır,
Gözündə ölmək də gəlmir içimdən.
Beləcə əriyir qəlbimin buzu,
Beləcə silinir əlinin izi.
Tanrı, yazdığın yaz qismət olmadı,
Yeni fəsilləri yazacam özüm.
Fəxrəddin Teyyub
Bu gözəl Şeirin ilk oxucusu olmaq mənə qürur verir. Var olun, Siz bənzərsizsiniz!
Lutviyye Asgerzade
Rezonans qanunu, hər şey beyinin sərhədləri içərisində başlayır. Yeni, gözəl fəsillərə...
"Tanrı, yazdığın yaz qismət olmadı,
Yeni fəsilləri yazacam özüm."
Sona Çərkəz
MAŞALLAH. ÜRƏYİNƏ SAĞLIQ, DÜŞÜNCƏNƏ ALQIŞ !
ƏZİZ BƏHRUZUM!
Gulzar Kazimova
Çox gözəl Qələminiz heç zaman yorulmasın
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.