18 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Nəriman Qasımoğlu: Müstəqilliyimizə çox az qalırdı

4 ay əvvəl 122 01

Nəriman Qasımoğlu:

Müstəqilliyimizə çox az qalırdı

(20 yanvar xatirələrindən)

O məşum gecə baş verən hadisə ərəfəsindəki günlərdə sovetlərin xalqımıza qarşı kütləvi cəza tədbirinə hazırlaşdığı artıq məlum idi.

Bir dəfə diqqətimi Bakı küçələrinin divarlarına həkk edilmiş, adi göz üçün anlamsız görünən, fərqli rəqəmlərin də olduğu şifrəli işarələlər çəlb etmişdi. Həmin şifrələr küçə divarlarının uşaq əli çatmayan hündürlüklü yerlərində xeyli səliqəli xətlərlə cızılmışdı. Müşahidələrimi yaxınlarımla bölüşmüşdüm, belə dəyərləndirmişdik ki, o yazılar, çox güman, Bakıda fəaliyyətdə olan hansısa operativ bir qrupun əməliyyat planlarına dair işarələrdir. Sonradan şəhərimizdə Moskva təhlükəsizlik xidmətinə aid Alfa qrupunun təxribatları aşkarlananda şifrəli işarələrin həmin qrupun işi olduğu qənaətinə gəlmişdik.

Neçə gün öncə isə yaşadığım ünvana gedərkən fontanlar bağından, erməni kilsəsinin yanından ötərkən gördüklərimdən anladım ki, vəziyyətə yerli hakimiyyət orqanları deyil, hansısa təxribat qrupu nəzarət edir: kilsə ətrafında yanğınsöndürən maşın dayanmış, maşının kranında özünə rahatlıqla yer eləmiş 13-14 yaşlı bir uşaq əlində çəkic kilsənin çöl təfərdən yuxarısındakı xaçlardan birini sındırmaqla məşğuldur, ətrafa toplanan camaat isə bu mənzərəni dəhşətlə seyr edir, baş verəndən narazı görünür, çaş-başdır, amma adamların üz-gözündən qorxu da yağır, hiss edirəm oraya yığışan zavallı, ayıq seyrçilər də fərqindədir ki, bu xuliqanlıq hansısa nüfuzlu təxribatçıların apardığı əməliyyatdır…

Bundan əvvəl və sonra da indi təfərrüatlarına varmaq istəmədiyim məlum hadisələr baş vermişdi və həmin əhvalatların ölkədə qanlı hadisələrin törədilməsinə ideoloji hazırlıq və bəhanə qəbilindən Moskva ssenarisinin tərkib hissəsi olduğunu düşünürdük.

1990-cı il yanvarın ayının 16-sı idi...

O zaman Aydın Məmmədovun rəhbərlk etdiyi Azərbaycan bədii tərcümə mərkəzində ədəbi əlaqələr şöbəsinin müdiri işləyirdim. Aydınla dost idik, onun xahişi ilə EA Şərqşünaslıq institutundan ayrılıb sədri olduğu Mərkəzdə çalışırdım.

Ölkədəki durumu müzakirə edirdik. Ümumi fikir belə idi ki, bizi çox ağır sınaq gözləyir, dəhşətli hadisələr baş verə bilər. Söhbətdə üçüncü şəxs – gənc rəssam, Mərkəzin buraxdığı Xəzər jurnalının məsul katibi Şahlar Abdullayev (“korona” onu da dünyamızdan ayırdı) də iştirak edirdi. Nə edə bilərik, faciənin qarşısını necə ala bilərik deyə fikirlərimizi bölüşürdük. Aydının o zamankı ölkə rəhbəri Ə.Vəzirovla da yaxınlığı var idi və hökumətlə müxalif siyasi qüvvələr arasında barışdırıcılıq missiyasına iddiaçı idi. Bu dəfə sözündən belə çıxırdı ki, Mərkəzi komitədəkilər də başlarını itirmişlər, vəziyyətə nəzarət yoxdur, Moskva hansısa müdhiş bir plan hazırlayır. Bir yandan da Leytenant Şmidt (sonralar Səttarxanın adını daşıyan) zavodunda çalışan fəhlələrin məlum lideri camaatı qızışdırır, barrikadalar qurmağa hazırlaşırdılar. Üçümüzün də qənaəti belə idi ki, əhaliyə qarşı kütləvi qırğın baş verə bilər.

Birdən Aydın mənə qayıtdı ki, bəlkə, gedəsən fəhlələrin o lideri ilə özün danışasan, öyrənəsən nə istəyirlər, bəlkə, yığışıb məsləhətləşmək lazımdır, mütləq nə isə etməlyik gözlənilən faciə camaatdan yan keçsin. Dedim, əlbəttə, gedərəm, amma onunla şəxsi tanışlığım yoxdur, məni də çətin eşidə. Şahlar isə onunla şəxsən tanış olduğunu dedi və iklikdə söhbətə getməyimizə təkid etdi.

...Zavodun girişində xeyli “inqilabçı” ora-bura var-gəl edir. Gəlişimizin məqsədini, kimliyimizi soruşurlar. İnzibati binaya daxil oluruq. Deyirlər, liderləri məşğuldur, özü yox, köməkçisi sizi qəbul edər. Həmin köməkçi ilə də Şahların şəxsən tanışlığı var. Gəlir, söhbətə başlayırıq. Keçirdiyimiz narahatlıqlarımızı dilə gətirir, müzakirə açmaq, onun liderini də məsləhətləşməyə dəvət etmək istəyirəm. Narahatlıqlarımızı bölüşmür. Soruşuram, məqsədiniz nədir? Deyir, Vəzirov xaindir, gərək onun istefasına nail olaq. Çalışıram anladım ki, onun vəzifədən getməsi artıq Moskvada həll olunub, indi xalqımıza qarşı başqa ssenari hazırlanır. Qayıdır ki, yox, o gərək rədd olub gedə, Mərkəzi Komitədə çalışan hamını, süpürgəçilərinədək vəzifəsindən qovacağıq...

Görürəm söhbət ağıllı səmtə getmir, xüdahafizləşirəm. Zavoddan bayıra çıxan kimi özüm də bilmədən dilimə ilk gələn və yanımdakı Şahların aşkar eşitdiyi, qeyri-ixtiyari tələffüz etdiyim ifadə bu olur: “Allah şəhidlərə rəhmət eləsin”...

Həmin zavodda yanvarın 16-sındakı söhbətimizi, sonra dilimdən qəfil çıxan o ifadəni Şahlar xatirəsində yaşadır, 20 yanvar faciəsindən söz düşəndə bunları dostlarına xatırladırdı... Allah sənə də rəhmət eləsin, əzizimiz Şahlar.

Bu xatirə qeydlərimdən belə nəticə çıxmasın ki, xalq içində düşünən adamların sözü keçərli olsaydı, Moskva o məşum planı həyata keçirməyəcəkdi. Azərbaycanın o zamankı rəhbərliyinin səriştəsizliyi, hərəkətsizliyi Moskvanın artıq vermiş olduğu qərarın icrasına yönəlmişdi. Heç bir səlahiyyəti olmayan bizim kimilərin məqsədi nəzərdə tutulan qırğının miqyasını sadəcə kiçiltmək idi...

Hadisədən bir-iki gün əvvəl Fuad Ağayev (indi tanınmış vəkildir) mənə nümayəndəlikləri Moskvada yerləşən nüfuzlu ərəb informasiya agentliklərinin telefon nömrələrini vermişdi. Belə başa düşmüşdüm ki, başqa şəxslərə də qərb informasiya agentlikləri ilə əlaqə saxlamaq tövsiyə olunub. Məqsəd baş verəcəkləri bütün ayrıntıları ilə dünya ictimaiyyətinə çatdırmaq, gözlənilən informasiya blokadasını yarmaq idi.

Ayın 19-dan 20-sinə keçən gecədir. Artıq məlumat almışıq ki, qoşunlar şəhərə daxil olub. Amma nə baş verir, bilən yox. Oturmuşam evdə, ora-bura zəng edirəm, heç kim cavab vermir. İndiki Azərbaycan prospektində qaldığımız mənzildən enirəm aşağı. Camaat küçədə həyəcan içində baş verənləri soraqlayır. Birdən gənclərdən biri elan edir ki, adamlara tanklardan atəş açırlar, xeyli ölən və yaralanan var. Bir başqası onun üstünə çımxırır ki, yalan danışma, provakatorsan, olmaz belə, istəyirsən bu əliyalın uşaqları da tankların üstünə göndərəsən?! Aralarında mübahisə düşür. Onları sakitləşdirməyə çalışıram. Həmin o səs-küyçü zavallı növcavan deyir gözləyin, bu saat durumu özüm dəqiqləşdirib gəlirəm. Avtomobilinə minib gedir. Heç 5-10 dəqiqə çəkmir qayıdır, maşından enib ağlaya-ağlaya car çəkir ki, camaatı avtomatla biçirlər. Nə edək? Çətin sualdır. Nə edə bilərsən?! Ordun yox, silahın yox... Ümumi fikir belə olur ki, əlimizdən ancaq o gələ bilər ki, yaralılara nə cürsə yardım edək. Ortada qəhrəmanlar da var. Əllərində “Molotov kokteyl”li butulkalarla binamızın qarşısındakı məsciddən çıxan bu gənclər tanklarla döyüşə getmək niyyətindədirlər. Kimlikləri barədə məlumatlı olduğumdan hərəkətləri mənə bir qədər şübhəli gəlir. Nə isə... Adamlar çaşqınlıq içindədir. Bu zaman yuxarıda balkona çıxmış anam Tamara xanımın səsini eşidirəm. Qışqırır, tez ol, təcili gəl evə. Mən də aşağıdan yuxarı boylanaraq səbəbini soruşuram. Deyir, tez gəl, səni telefona çağırırlar. Pillələrlə iki-iki tələsik qalxıram 5-ci mərtəbəyə. Qapımız açıqdır. İçəri girirəm, anam qapını arxamca bağlayır, həyəcanla deyir daha səni evdən çölə buraxdı yoxdur. Deməli, telefona çağırılmaq söhbəti yalan imiş, sadəcə istəyirmiş bir bəhanə ilə məni evə salsın. Əslində, zəng edən də olubmuş. Mərhum şairimiz Eldar Baxış narahatlıqla mənim harada olduğumu soraqlayırmış, özü isə Əhmədlidə yaşadığından o tərəflərdə baş verənlərdən xəbərdar imiş.

Bir söz demədən Fuadın verdiyi telefonları yığıram. Sovet qoşunlarının Bakıda Azərbaycan xalqının milli müstəqillik mübarizəsi yolunda əzmini qırmaq üçün qırğınlar törətdiyini, qadın-qoca bilmədən dinc əhalini həlak etdiyini birər-birər ərəb informasiya kanallarına çatdırıram. Və təkcə həmin gün yox, ertəsi gün də eləcə. Bir dəfə də gəlib sahilə yaxın o zamankı Azərbaycan mehmanxanasının arxasında yerləşən şəhərlərarası danışıq məntəqəsindən zənglərimi edirəm. Zənglərdən biri ona təsadüf edir ki, dənizçilərimizin gəmilərdən verdiyi etiraz fitləri bütün şəhəri bürüyür. Danışdığım müxbirə bunu da deyirəm. Telefon dəstəyini qulağımdan aralayıram ki, dənizçilərimizin bu etiraz fitlərini özü də eşidə bilsin. Məlumatlandırma səylərim hədər getmir, Yaxın Şərqin nüfuzlu informasiya vasitələri dediklərimi operativ dərc edirlər. Sonradan Misirdə çıxan məşhur “əş-Şarqu-l-Ausat” qəzetinin müxbiri ilə Bakıda da görüşüb dostlaşıram.

Burada bir haşiyə çıxım. Evdən Moskvaya etdiyim telefon zənglərinə görə ünvanımıza heç bir ödəniş qəbzi gəlmədi. O zaman bunu telefon qovşağında çalışan həmvətənlərimizin ümumi işə verdiyi töhfə kimi dəyərləndirməli oldum.

Yanvar ayının 22-sidir...

Qardaşım Xansuvar da xəbərləri Moskvada eşidib, Bakıya dönmək qərarına gəlib. Onu aeroportda qarşılamalıyam. Maşınımla aeroporta yollanıram. Onunla tapışa bilmirik. Onu qarşılayacağımı bilmirmiş, təyyarə enəndən sonra dərhal taksi ilə birbaşa evə gedibmiş.

Geri qayıdıram. Şəhərin içində, təxminən indiki Yaşıl bazar tərəflərdə yol kənarında dayanmış əsgərlər işarə edirlər ki, maşını saxlayım. Saxlayıram. Deyirlər, düş maşından. Şübhəlidirlər, bəlkə maşında silah-filan olar, maşını ələk-vələk edirlər. Bir şey tapmırlar, deyirlər, gedə bilərsən. Mən də tərslik edib deyirəm, maşının oturacağını necə çıxartmısınızsa, zəhmət çəkib eləcə də yerinə qaytarın. Dediyimi soyuqqanlıqa yerinə yetirəndən sonra avtomatı dirəyirlər başıma ki, dustaqsan, sür komendaturaya. Əsgərlərdən biri əyləşib yanımda, arxada oturan digəri avtomatı dirəyib peysərimə. Beləcə yol gedib çatırıq indiki Nərimanov rayon icra hakimyyətinin binasına. Dayananda deyirlər, maşının açarını təhvil ver, özün də azadsan. Bu dəfə onların öz tərzində anladıram ki, zabitəm, rütbəm də sizinkindən yuxarı. Özünüz bilin, rəhbərliyiniz qarşısında bu məsələni soyğunçuluq aktı kimi qaldırmalı olacağam. Məni orada iki saata qədər otaqda saxlayırlar. Sonra onların rəhbərlərindən biri gəlib kimliyimlə maraqlanır. Açarı özümə qaytarırlar. Evə qayıdanda baxıram hamı dəhşətli həyəcan içindədir. Hazırlaşırmışlar axtarışıma başlasınlar...

Ertəsi gün anam Tamara xanım küçədə dayanan işğalçı əsgərlərdən birini görəndə özünü saxlaya bilmir, yaxınlaşıb hirsini, nifrətini onun üzünə çırparaq “şərəfsizlər, alçaqlar, əclaflar!” deyir. Həmin o imperiya əsgərini də sanki cərəyan vurubmuş, cınqırını çıxartmır…

Elə həmin günlər mənim də əlimdən təkcə o gəlir ki, qəzəbimi, nifrətimi şeirə köçürüm:

MİNALAR

Kədərim kəfənə bürünüb

dua oxuyur şəhidlərə.

Kədərim kinə bürünüb

küfr oxuyur imperiyaya...

Doluşub şəhərimə,

dolaşır şəhərimi gecə yarı

imperiyanın tırtıl ayaqlı ayıları.

Bir vəhşi sürüsümü

şəhərimə çökən bu şər.

Qırıb tökür silahsızı

allahsızlar, bu vəhşilər.

Hönkürtülər, göz yaşları, ağılar,

qandan qızaran səkilər,

güllələnmiş maşınlar,

sual dolu baxışlar,

düyünlənmiş yumruqlar –

Bunlar idi

imperiyaya yara vuran yaraqlar.

Bu da bir taledir,

bu da bir yazı.

Partlamaya düşüb

imperiyanın partiyası.

Əzilən başlardan,

kəsilən qollardan,

deşilən gözlərdən,

eşilən cüssələrdən

fışqıran qanlar axır

imperiyanın son mənzili Kremlə sarı.

Bu qan çaylarında

tabutlar üzür

içində partbiletlər –

imperiyanın ölüm kağızları.

Daş-kəsəyi yerdən göyə yağa-yağa

sovrulacaq havaya

bu mənfur imperiya –

şəhidlər minalartək basdırılıb torpağa.

Şeir dərhal “Aydınlıq” qəzetində, ardınca da Səyavuş Məmmədzadənin ruscaya tərcüməsində “Хазар” jurnalının 1-ci səhifəsində dərc edilir.

Yeri gəlmişkən, indi 20 yanvar gününə o zaman tanınmışların isti-isti həsr etdiyi şeirləri nəzərdən keçirirəm...

Hamısında faciəyə ağı, mərsiyə ruhu var. Vurğulanan kontekst əsasən "axı biz nə etmişdik, nə günahımız vardı ki, biz günahsızları şəhid etdilər" motivi müstəvisindədir. Faciəni törədən imperiyaya qəzəb həmin şeirlərdə əsasən sətiraltı ifadələrdə yer alır. Bəzi "sətirüstü"lərdə isə düşmən ümumiləşdirilir, kimliyi birbaşa bildirilmir. Həmin şeirlərdə hiss olunur, hadisənin təsiri ilə müəlliflər də, görünür, müəyyən qorxu keçirirmişlər.

Xəlil Rzanın sonradan Lefortovada yazdıqları istisna. Faciə baş verən günlərdə camaatın içində idi, şeir yazmırdı, nitqləri ilə Kremli aşkarca lənətləyirdi, buna görə elə yanvarda da həbs edildi.

… Müstəqilliyimizə isə çox az qalırdı.

Sh A Rzayeva

O qədər canlı təsvir etdiniz ki, bir rəssam əlində fırçayla kimi. Sanki o günlərə döndüm. Əskilmiş, təhqir olunmuş, başsız, kimsəsiz kimi baxırdım küçədə gördüyüm hərkəsə. Qəzəbimdən özümə sığmırdım. Tərs kimi də 1990ın sonlarında düyünüm olacaqdı ((( Abşeron hoteldə. O vaxtlar düyün yeri danışmaq müşkül məsələ idi. O səbəbdən çox əvvəldən danışılmışdı yer.

Ирада Алиева

Çox aydın təsvir etmisiniz.Hər şey yenidən canlandı gözümün önündə,hər şey.

Ди Лара

Hər kəsin bir 20 yanvar xatirəsi var

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 2 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com