18 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

Kazım Kazımov: Taxt üçün darıxan şəhzadə

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İsrail Rusiyanın vasitəçiliyini rədd edir

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

İrandan təxliyə edilən Belarus vətəndaşı Azərbaycana təşəkkür edib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

İlqar Həsənov: Bir gəncin yeni yazılan həyat hekayəsi

4 ay əvvəl 108 01

İlqar Həsənov:

Bir gəncin yeni yazılan həyat hekayəsi

Aktauda təyyarə qəzasında sağ qalmış balakənli soydaşımız

“Yeni Balakən” qəzetinin baş redaktoru Ramazan Abalovdan Məhəmmədi soruşanda “Onu kim tanımır ki? – dedi. – Balakəndə kimdən soruşsanız,möcüzə nəticəsində sağ qalan bu cavan haqqında sevinclə danışar”.

İki aydan sonra iyirmi yaşı tamam olacaq. Yeni Şərif kəndində doğulub. Orta məktəbi bitirəndən sonra Qroznı şəhərinə gedib. Bu da təsadüfi deyil. Çünki kafel ustası olan atası Eyvaz Papaxovun ailəsi oraya köçüb. Məhəmməd burada Moskva Hüquq Kollecinin Qroznı filialına daxil olub. 2023-cü ildə hərbi xidmətə getmək üçün Balakənə qayıdıb. Ordu sıralarında xidmət edib. Keçən ilin oktyabrında isə hərbi xidmətini başa vurub.

Bu yazdıqlarım 20 yaşlı bir gəncin kiçik həyat hekayəsidir, amma Məhəmmədin heç ağlına da gəlməzdi ki, 2024-cü il dekabr ayının 25-də onun bu həyat hekayəsinə heç vaxt unuda bilməyəcəyi bir səhifə də yazılacaq…

Yeni Şərif kəndində Papaxovların evini tapmaq o qədər də çətin olmur. Ramazanın dediyi kimi, soruşduğumuz hər kəsin üzünə təbəssüm qonur, yolu nişan verir.

Bu da Məhəmmədin yaşadığı ev. Onu soruşuruq. “Evdədir, – deyirlər, – içəri keçin”. Stol arxasında oturub gözləyirik. Süfrəyə hər şey düzülüb. Son günlər Papaxovların evi qonaq-qaralı olduğundan bu yerlərin süfrəsinin şahı sayılan maxaraya qədər var.

Budur, hündürboylu, yaraşıqlı bir oğlan o biri otaqdan keçib, bizə sarı gəlir. İllərin tanışı kimi görüşüb öpüşürük, bağrıma basıram. Söhbət edirik. Yuxarıda xatırlatdığımız kimi, hərbi xidmətdən qayıdıb, bir müddət istirahət edəndən sonra təhsilini davam etdirmək üçün dekabrın 25-də yenidən Qroznıya getməyi qərara alıb. Dekabrın 24-də avtobusla Bakıya yola düşüb. – Təyyarədəkilərin bəzilərini tanıyırdım, – deyir. – Bir neçəsi ilə elə hava limanında tanış oldum. Biletim 30-cu yerə idi. Gedib əyləşdim. Mən bu yolu çox getmişəm. Elə də uzaq deyil, təxminən bir saatlıq yoldur. Odur ki, adam heç yatmaq həvəsində də olmur. Dəqiq deyə bilmərəm, nə qədər vaxt keçmişdi, birdən möhkəm səs eşitdik. Düzü, əhəmiyyət vermədim, fikirləşdim ki, yəqin təyyarədə nəsə nasazlıq əmələ gəlib. Amma sonra hiss etdim ki, ciddi bir hadisə baş verib. Bir az keçdi, artıq açıq-aşkar görünürdü ki, əməlli-başlı gərginlik var. Vəziyyət o qədər də ürəkaçan deyil.Təyyarə bələdçisinin “Bütün qaydalara, təlimata uyğun əməl edin, narahat olmayın, hər şey yaxşı olacaq” sözləri, düzü, ürəyimə su səpdi.

Elə bu vaxt arxada, 31-ci yerdə əyləşən gənc bir qadının əlini çiynimə toxundurub, “Xahiş edirəm, gəlib yanımda oturun, qorxuram” – deməsi yenə məndə narahatlıq yaratdı. Durub arxaya keçdim. Leyla adlı bu xanım başını çiynimə qoyub, əllərimi sıxaraq ağlayırdı, “İki balam yetim qalacaq” – deyirdi. Onu sakitləşdirməyə çalışırdım, amma bacarmadım. Adını sonralar bildiyim bələdçi Hökümə Əliyevanın qarşıda dayanıb sərnişinləri təmkinli olmağa çağırması və konkret olaraq nə iş görəcəyimizi bizə izah etməsi və bir də son günlər hamının dillər əzbəri olan “Hər şey yaxşı olacaq” sözlərini təkrarlaması bizə toxtaqlıq gətirirdi…

Arxasını danışa bilmir, gözləri dolur.

Anası Pirdas xanım gərginliyi yumşaltmaq istəyir, “Bəlkə çayınızı dəyişim, – deyir, – Xahiş edirəm, heç olmasa maxaradan dadın, qonşumuz bişirib, heç meyvə də yemədiniz”.

Məhəmmədin gözlərinə baxıram – bir nöqtəyə dikilib. Qarşısındakı soyumuş çaydan bir qurtum alır, yenə söhbətinə davam edir: – Pəncərədən təyyarənin çırpılmağa doğru getdiyini açıq aydın görürdüm, bundan sonra heç nəyi xatırlamıram. Özümə gələndə gördüm ki, hər tərəfdən əməlli-başlı sıxılmışam.Yanımda oturan Leyla xanımın isə bir əlini gördüm. Özümü imkan daxilində sinəmə qədər çıxara bildim. Bir nəfər mənə kömək elədi, amma onun kim olmasını, düzü, bilmədim. Bilmədim ki, sərnişinlərdən idi, yoxsa oranın xilasedicilərindən idi…

Məhəmmədi təcili Aktauda xəstəxanaya yerləşdirdilər, elə bu vaxt vatsap nömrəsinə zəng gəldi. Yaxşısı budur, Pirdas xanım özü danışsın: – Ürəyimdə bir narahatlıq var idi, – deyir. – Gecə də pis yatmışdım. Səhər yuxudan durub üzümü dağlara tutub o qədər dua eləmişəm ki… Evdə özümə yer tapa bilmirdim. Tez-tez həyətə çıxırdım. Görəsən, indiyə kimi niyə xəbər yoxdur? Axı oğlum çoxdan çatmalı idi. İnanın, dayanmadan yığırdım və birdən...

Qəhər onu boğur. Bayaqdan, yuxarıda dediyim kimi, vəziyyəti yumşaltmaq istəyən Pirdas xanım indi özü danışa bilmir.

Söhbəti yenə Məhəmməd davam etdirir: – Gördüm anamdır, tez telefonu açdım. İlk sualı bu oldu: “Ay oğul, hardasan, bayaqdan sənə zəng çatmır. Həyəcanlı olduğunu açıq-aydın hiss edirdim. Odur ki, hər şey qaydasındadır, – dedim. – Xəstəxana dayam, yüngül xəsarət almışam. Mən hardan biləydim ki, təyyarənin qəzaya düşməsindən onun xəbəri yoxdur…

Hörmətli oxucu, mən burda bu sözlərdən sonra Pirdas xanımın hansı hisslər keçirdiyini, hansı vəziyyətə düşdüyünü yazıb sizi kövrəltmək istəmirəm. Yeni Şərif Bələdiyyəsinin sədri Murtuzəli Nuriyevin söylədiklərini, gələcəkdə Balakəndən olan yazıların hansındasa xatırlayarıq.

Soruşa bilərsiniz, bəs Məhəmmədin atası Eyvaz Papaxovla niyə görüşmədiniz?

Bunun da günahı, təbii ki, bizdəydi. Gərək əvvəlcədən xəbərdarlıq edərdik. Bu hadisəni eşidib Azərbaycana qayıdan Eyvaz, bəlkə, desək də, evdə olmayacaqdı. Çünki həmin gün o hərbi xidmətdə olan, qardaşı Məhəmmədi görmək üçün məzuniyyətə gələn o biri oğlu Muradı yola salmağa getmişdi.

Ayrılanda Məhəmmədə bir sual verirəm: – Baş vermiş dəhşətli qəza heç yuxuna girirmi?

Bir kəlmə ilə cavab verir: “Yox”.

Sağollaşırıq. Həyət qapısına çatanda isə başqa sual yadıma düşür: – Sənin yanında olan o xanımla maraqlandınmı?

Sualıma sualla cavab verir: – Məni yanına çağırmaqla həyatımı xilas edən Leyla xanımı deyirsiniz? Əlbəttə, xatırlayıram. Allah bilir, arxa oturacağa keçməsəydim, nə olacaqdı. Bakıda xəstəxanada olanda birinci onunla maraqlandım, Allaha çox şükür, – dedilər, – sağdır. Dünən zəng vurmuşdu.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Balakən

Мирза Юсифов

Çox duyğulandım... Həcminə görə elə də böyük olmayan yazını axıra qədər oxuyunca göz yaşlarımı zorla saxlaya bildim, iki-üç dəfə qəhər boğdu məni. Ürəyinə, qələminə əhsən, İlqar!

O Balakənli gənc oğlana, ata-anasına isə "Keçmiş olsun",- deyir, cansağlığı, səadət arzulayıram.

Qeshengi Aliyeva

Çox təsirli yazıdır.Həyacansız oxumaq mümkün deyil.Allah bizə bir də belə qəzaları göstərməsin.

Qerenfil İsrafil Qızı

Coxx duyqulandim , İlqar Həsənov cox sagolun ,burda meni qehər bogur nece deyim yene kelmeler bogazimda düyümlenir

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 2 həftə əvvəl

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

"Çeşmə" Ədəbi Məclisinin növbəti tədbiri keçirildi

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Dostuyam

Məmməd Əvəzoğlu: Dostuyam

John Doe 2 həftə əvvəl

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

Məmməd Əvəzoğlu: Sənin ayaq izlərin

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com