İranlı deputatlar İrəvanda “erməni soyqırımı qurbanları”nın xatirəsini yad ediblər
Yanvarın 14-də İran-Ermənistan parlamentinin dostluq qrupunun üzvləri erməni həmkarlarının müşayiəti ilə İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət ediblər.
Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, nümayəndə heyətinin üzvləri “Əbədi məşəl” önünə gül dəstələri düzüb, erməni “soyqırımı qurbanları”nın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bu addım bir daha göstərdi ki, İran mollaları rejimi həmişə olduğu kimi, Azərbaycana qarşı erməni yalanlarını dəstəkləyir.
İran rejiminin bu davranışı Ermənistanın yalanlarına haqq qazandırmaq cəhdidir və antitürk xarakterlidir. İranın Ermənistanla yaxınlaşması onun geosiyasi ikiüzlülüyünün bariz nümunəsidir.
Göründüyü kimi, İran rejimi, xüsusən də Azərbaycanın 44 günlük müharibədə qələbə çalmasından sonra ermənilərin özündən daha çox ermənipərəst olmaqdan çəkinmir, tarixi saxtalaşdırır, bu məqsədə çatmaq üçün çirkin təbliğat aparır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.