Rusiya Zelenskinin təklifini rədd etdi
İtaliyanın ANSA xəbər agentliyi xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada təklif olunan sülh görüşünə güclü dəstəyini ifadə edib, lakin bu plan Moskva tərəfindən əngəllənib.
ANSA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Romaya sorğu göndərib və “o qədər müsbət cavab” alıb ki, ABŞ dövlət katibi Marko Rubio bu təklifi İtaliya, Fransa, Almaniya, Böyük Britaniya, Ukrayna və Finlandiya ilə bölüşüb.
“Zelenski bu təşəbbüsə güclü dəstəyini ifadə edib, lakin İtaliyanı Ukrayna ilə çox sıx bağlı hesab edən Moskvanın müqaviməti səbəbindən sammit Romada baş tutmayacaq”, - agentlik yazır.
Rubio bildirib ki, Rusiya prezidenti Vladimir Putin “danışıqlara hazır olduğunu bildirib”.
"Düşünürəm ki, ABŞ prezidenti də hazırdır. Aydındır ki, görüşün konkret məqsədi olmalıdır. Biz onun məhsuldar və mənalı olması üçün irəliləyiş əldə etməliyik".
Dövlət katibi Putinin ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşünün təfərrüatlarını açıqlamaqdan imtina etdi, lakin vurğuladı ki, bu prosesdə ilk dəfə "Rusiyanın müharibəni diplomatik yolla bitirmək üçün nə tələb edəcəyi ilə bağlı ən azı müəyyən anlayış yaranıb".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.