Dəməşq hava limanı uzun illərdən sonra müsbət emosiyalarla
Suriyada BƏƏS rejiminin süqutundan sonra Qətərdən Dəməşq hava limanına ilk beynəlxalq uçuş həyata keçirilib.
Yaxınlarına qovuşan sərnişinlər duyğulu anlar yaşayıb.
Bu gün beynəlxalq mülki aviasiya daşımaları üçün açılan Dəməşq Beynəlxalq Hava Limanına ilk beynəlxalq uçuş Qətərin paytaxtı Dohadan həyata keçirilib.
Sərnişinlər azad Suriya bayraqları ilə təyyarədən enərkən inqilabi şüarlar səsləndirib, mahnılar oxuyublar. Bəziləri emosiyalarına hakim ola bilməyib, göz yaşlarını saxlaya bilməyiblər.
Sevdikləri ilə görüşməyi gözləyən suriyalılar çıxışı diqqətlə izləyir, yaxınları ilə görüşməyi səbirsizliklə gözləyirdilər.
Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq mülki təyyarəni Dəməşqə endirən sərnişinlər emosiya və həyəcanlarını nümayiş etdirib, şüarlar səsləndirib, pasport və baqaj almaq üçün növbəyə gələn yaxınlarını qucaqlayıblar.
Gözləmə zalında sərnişinlər və onların yaxınları uzun müddət bir-birini qucaqlayaraq, ifadəsi mümkün olmayan sevinclərini ifadə ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.