Aktau yaxınlığında qəzaya uğrayan təyyarədən sağ çıxan Qırğızıstan vətəndaşları xəstəxanadan buraxılıb
Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı xəstəxanadan buraxılıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Üçüncü zərərçəkənin vəziyyəti stabildir, müalicəsini Milli Xəstəxananın nevrotravma şöbəsində davam etdirir.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Embraer E-190 AZAL təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, o cümlədən 37 Azərbaycan vətəndaşı və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Qroznı üzərində Rusiya hava məkanında baş verən fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.